2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Ermənistan qatıq mübahisəsinə görə işçı qrup yaradır (Video)

Gürcüstan tərəfi “matsun” və “matsoni” sözlərinin oxşarlığını və bu səbəbdən dolaşıqlıq yarandığını bildirir

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə erməni qatığı – matsunun ixracı ilə bağlı məsələlərin həlli üçün işçi qrupu yaradılıb.

Ermənistan istehsalı olan qatığın ixracı ilə bağlı problem isə bu yaxınlarda Gürcüstanda yaranıb.

Ermənistan İqtisadiyyat Nazirliyinin nəzdində intellektual mülkiyyət idarəsinin rəhbəri Kristina Qambaryan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Ermənistanda qanunvericilik dəyişiklikləri edildikdən sonra matsun “çoğrafi nişan” kimi qeydiyyatdan keçiriləcək.

Qambaryanın sözlərinə görə, bundan sonra iki ölkə arasında erməni matsununun və gürcü matsonisinin qarşılıqlı tanınması üçün danışıqlara başlanacaq.

O bildirib ki, bu məqsədlə “coğrafi nişanlar haqqında” qanuna müvafiq dəyişikliklər edilib:

“Bundan sonra ümid edirik ki, Gürcüstan tərəfi ilə danışıqların nəticəsi olaraq qarşılıqlı şəkildə matsoni Ermənistan ərazisində, matsun isə Gürcüstan ərazisində tanınacaq”.

Oxşar sözlər

Onun sözlərinə görə Gürcüstan tərəfi Yerevana “Ermənistan və Gürcüstan Respublikaları arasında coğrafi nişanların qarşılıqlı tanınması və mühafizəsi barədə saziş” adlı layihə təqdim edib.

Azatyutyun yazır ki, Ermənistanda süd məhsullarının istehsalçıları son zamanlar üzərində “matsun” yazılmış məhsullarının Gürcüstan ərazisi ilə ixracı sahəsində çətinliklə üzləşiblər.

Daha doğrusu Gürcüstan gömrüyü bu malların ölkə ərazisindən keçməsinə icazə vermir.

Gürcüstan tərəfi “matsun” və “matsoni” sözlərinin oxşarlığını və bu səbəbdən dolaşıqlıq yarandığını bildirir.

Matsoni adı coğrafi nişan kimi Gürcüstanda 2012-ci ildə qeydiyyatdan keçirilib.

24 saat” “
Ermənistan qatıq mübahisəsinə görə işçı qrup yaradır (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button