24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Ermənistan SQ-nin təxribatı nəticəsində Azərbaycan hərbiçisi həlak olub

Bakı/11.01.22 Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz şəhid olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu hadisə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində baş verib.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!”.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Nazirlik baş verən gərginliyə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirir. -16D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button