2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Erməni politoloqları :“Xoşumuza gəlsə də, gəlməsə də, Azərbaycan ərazi tutmağa nail oldu”

“Aprel hadisələrindən iki mühüm nəticə çıxır: Birincisi, bu bizim xoşumuza gəlsə də, gəlməsə də, ilk dəfə Azərbaycan ərazilər tutmağa nail olub. İkincisi, bu, böyük əhəmiyyət daşıyır. Bu hadisələr nəticəsində bəlli oldu ki, korrupsiya milli təhlükəsizliyə təhdiddir. İndi bu, daha böyük əhəmiyyət kəsb edir, çünki seçki ərəfəsində müzakirə gündəmini formalaşdırır.

Bu fikri AzatutyunTV-nin efirində Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard  Kirakosyan səsləndirib.

Politoloq Aleksandr Isgəndəryanın fikrincə, aprel müharibəsi göstərib ki, bu məsələ hərbi yolla həll oluna bilməz.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan 22 il müharibəyə hazırlaşıb. Son dörd-beş ildə 20 milyard dollardan çox vəsait xərclənib. Əməliyyat yetərincə savadlı idi. Çox güman ki, əməliyyat, belə deyək, başqa ölkələrdən olan məsləhətçilər tərəfindən planlaşdırılmışdı. Texnika kifayət qədər sanballı idi”, – deyə A.Iskandarian qeyd edib.

“…NƏTİCƏLƏR QAT-QAT AĞIR OLARDI”

Politoloq Akop Badalyanın fikrincə, aprel döyüşləri gedişində aydın görünüb ki, 20 illik atəşkəs dövründə Ermənistanın hərbi-siyasi elitası birinci Qarabağ müharibəsinin arxayınlığına qapılıb:

“Əsgərlər, cəmiyyətin dəstəyi, ön xətdəki zabitlərin mətinliyi olmasaydı, düşünürəm ki, Ermənistandan ötrü nəticələr qat-qat ağır ola bilərdi”, – deyə politoloq vurğulayıb.

Bu il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4-günlük toqquşmalar baş verib. Hər iki tərəf xeyli itki verib. Azərbaycan tərəfi həmin döyüşlər zamanı 2 min hektar ərazini işğaldan azad etdiyini bildirib. Bundan sonra münaqişənin nizamlanmasıyla bağlı danışıqlar intensivləşib. Vasitəçilər tərəfləri danışıqlarda kompromisə çağırsalar da, Azərbaycan və Ermənistan liderləri açıq bəyanatlarında bunun mümkün olmaması fikirlərini səsləndirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button