2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənilər Qarabağa niyə dönmək istəmir?

Minlərlə erməni əhalisinin Qarabağı tərk etməsi fonunda Azərbaycan hökuməti ermənilərin Qarabağa yenidən köçünü rəsmiləşdirən qeydiyyat üçün portal yaratdı.

Rəsmi qurumların son məlumatına görə, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə 15 sakin könüllü şəkildə müraciət edib. Portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Qarabağa qayıdacaq olan ermənilər azərbaycanlılarla birgə, Azərbaycan hökumətinin qanunları ilə yaşamalı olacaqlar.

Ermənistan mənbələri 100 min erməninin Qarabağı tərk etdiyini yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Qarabağ erməniləri yaşadıqları yerlərə niyə dönmək istəmirlər?

Münaqişə araşdırmaçısı Sevinc Səmədzadə birgəyaşayış üçün hökumətin üzərinə öhdəliklər düşdüyünü deyir.

Siyasi analitik Əhməd Əlili düşünür ki, Ermənistan tərəfi baryer yaratmazsa, reinteqrasiya prosesi reallaşacaq.

Ölkələri illərlə müharibə edən iki xalqın birlikdə yaşaması üçün hansı şərtlər olmalıdır?

İnsan haqları müdafiəçisi Səməd Rəhimli hesab edir ki, idarəetmədə iştirakçılıq, mədəni haqlar, diskriminasiyadan qorunma məsələləri reinteqrasiyanın əsas prinsiplərini təşkil etməlidir.

Azərbaycan tərəfi sentyabrın 19-da lokal hərbi əməliyyat keçirib. Sentyabrın 20-də Qarabağ separatçıları rəsmi Bakının şərtlərini qəbul etdiklərini açıqlayıb. Bundan sonra minlərlə erməni Qarabağdan köç etdi. Erməni tərəfi bunu etnik təmizləmə adlandırsa da, rəsmi Bakı ittihamları rədd edib, köçün könüllü baş verdiyini deyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button