2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənipərəst senatorun həbsində müəammalı MƏSƏLƏ

[

Ermənipərəst senator və Konqresdə komitə sədri Robert Menendes o qədər acgöz olub ki, rüşvət müqavilində bir neçə dövlət və şirkət üçün qeyri-rəsmi lobbiçilik edib, onların lehinə fəaliyyət göstərib. Menendesin Misirlə bağlılığı aşkar olunandan sonra onun rüşvət müqabilində Qətərə də işlədiyi aşkarlanıb. Bu barədə Nyu-Yorkun Cənub Dairə Məhkəməsi məlumat yayıb. Menendes rüşvət kimi puldan başqa avtomobil, bahalı qol saatları və daha nələr qəbul edib. Onun evində axtarış aparılarkən, polisin şkaflardan pulları və hədiyyələri toplamaq üçün xüsusi qrupa ehtiyacı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə,  bu kiriminal olayda başqa məsələ müəammalıdır: “Menendes Misir və Qətərdən çox Ermənistanın və ermənilərin maraqları üçün var gücüylə çalışıb. Əlbəttə, bu dəstəkdə Medendesin ikinci xanımının erməni mənşəli olmasının rolu olub. Ancaq pulgir Menendesin erməni lobbisindən rüşvət almaması mümkün deyil. Menendes heç bir ölkəyə və millətə təmənnasız dəstək verən birisi deyil. Araşdırmalar hələ davam edir, məhkəmənin Menendesin ermənilərlə pul bağlılığını sübut edib-etməyəcəyini söyləmək çətindir.

Menendesin ifşasında Amerikadakı imkanlarımızdan istifadə etməyə çalışmalıyıq. Menendesin rüşvətxorluğu o dərəcədə ifşa olunmalıdır ki, digər konqresmenlər erməni lobbisinin pulu müqabilində Azərbaycan əleyhinə çalışarkən, onlar da ifşa oluna biləcəklərindən ehtiyat etməyə başlasınlar”.

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button