2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan “anklav” və “qeyri-anklav” kəndləri qaytarmalıdır – İlham Əliyev

Bakı/11.01.24/Turan: Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir, bu barədə İlham Əliyev dünən yerli telekanallara müsahibəsində bildirib.

“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan delimitasiya üçün əsas kimi 1970-ci illərin xəritələrini götürmək istəyir. Onun sözlərinə görə, Ermənistan “Azərbaycanın tarixi torpaqlarında yaradılıb”. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verilib. “Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı”, deyə Əliyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabrda sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana verib.

Prezidentin sözlərinə görə, Ermənistana “ərazi hədiyyələri” 1969-cu ilin mayına qədər davam edib.

Sərhədin delimitasiyası zamanı əsas olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrü, ya da sovetləşmə dövrü götürülməlidir, Əliyev belə hesab edir. O, öz mövqeyini onunla izah edib ki, 70-ci illərin xəritələri artıq “Ermənistana verilmiş Azərbaycan ərazilərini” əks etdirir.

Daha sonra o, 90-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi 8 Azərbaycan kəndinin qaytarılması zərurətini qeyd edib.

“Orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”, deyə Əliyev bildirib. Bu zaman o, Ermənistanın bir anklav kəndinin Azərbaycanın nəzarəti altında olduğunu etiraf edib.

“Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik”, deyə Əliyev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan SQ Ermənistanda heç bir yaşayış məntəqəsini işğal etməyib.

“Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir”, deyə Əliyev qeyd edib. 06В

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button