2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan Azərbaycan əsgərini qaytarıb

Bakı/03.08.22/Turan: Ermənistan sərhəd zonasında itkin düşən hərbiçini Azərbaycana qaytarıb, bu barədə avqustun 3-də Ermənistan KİV-ləri məlumat yayıb.

Azərbaycanlı əsgər Kamiz İbayev avqustun 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakıya təhvil verilib, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

İdarənin məlumatına görə, Ermənistan hərbiçiləri İbayevi iyulun 23-də Qeqarkunik vilayətinin sərhəd zonasında görüblər. “Onun itkin düşdüyü müəyyən edilib”, deyə məlumatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir müddət əvvəl – iyulun 23-də Azərbaycan Müdafiə Nazirliyi müddətli hərbi qulluqçu Kamiz İbayevin Kəlbəcər rayonu istiqamətində Ermənistanla sərhəddə itkin düşdüyü barədə məlumat yayıb.

Rəsmi Bakı hələlik İbayevin azad edilməsi barədə məlumat verməyib. 06В

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button