2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan Rusiyaya nota verib

Fevralın 28-də Ermənistan Xarici İşlər Nazirliyi telekommunikasiya sahəsində iki dövlət arasında mövcud dövlətlərarası sazişin pozulmasına görə Rusiyaya etiraz notası göndərib.

Bunu fevralın 28-də Ermənistan parlamentindəki çıxışı zamanı yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

O, parlamentdə deputatların Rusiya telekanallarında Ermənistanla bağlı təhqiramiz bəyanatların aradan qaldırılması üçün Yüksək Texnologiyalar Sənayesi Nazirliyi hansı tədbirləri görür sualına cavabında bu barədə məlumat verib: 

Saytların yığılması Saytlarin yigilmasi

“Yerevanda məsləhətləşmələr keçirilib, qeydə alınan pozuntular rusiyalı tərəfdaşlara çatdırılıb. Son iki ay ərzində oxşar pozuntular təkrarlanıb ki, bu da Ermənistan və Rusiya arasında mövcud dövlətlərarası sazişin əlavə işlənməyə və ya redaktəyə ehtiyacının olduğunu göstərir. 

Fevralın 26-da bizə Televiziya və Radio Komissiyasından məktub daxil olub, həmin qanun pozuntuları burada qeydə alınıb. Fevralın 27-də nazirliyimizdə məsləhətləşmələr aparılıb, nəticədə qanun pozuntularının baş verdiyi, xüsusən də 5-ci maddənin bəzi müddəalarının pozulduğu qeydə alınıb. Fevralın 28-də Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı tərəfdaşlarımıza etiraz notası göndərib”.

Qeyd edək ki, son dövrlərdə Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda iki ölkə rəsmilərinin ritorikası sərtləşib. Bundan əvvəl Baş nazir Nikol Paşinyan Rusiya tərəfindən Ermənistandakı demokratik hökumətin devrilməsinə cəhdlər olduğuna eyham vurmuşdu.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button