2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”.

Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib. 

Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir:

“Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”. 

Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə də olmayacağı, həmçinin müqavilənin müddəalarına əməl etməmək üçün tərəflərin daxili qanunvericiliyə istinad edə bilməyəcəyi qeyd olunub. 

“Ona görə də hesab edirəm ki, bir-birimizə qarşı ərazi iddialarının olmadığına və gələcəkdə də olmayacağına inandırmağın ən yaxşı yolu sülh müqaviləsinin imzalanmasıdır”, – Rubinyan fikrini yekunlaşdırıb.

Ermənistan parlamentinin sədr müavini çıxışında həmçinin qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına elə bu an hazırdır. 

“Qarşı tərəf razılaşarsa, biz bunu elə indi elan edib bu forumu tarixə sala bilərik”, – Rubinyan açıqlamasında vurğulayıb. 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button