2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Ermənistan və havadarları Azərbaycanın iradəsinə təsir edə bilməyəcək, istənilən təxribata sərt cavab veriləcək” – RƏY

“Ermənistan və havadarları Azərbaycanın iradəsinə təsir edə bilməyəcək, istənilən təxribata ən sərt şəkildə cavab veriləcək”

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, insidentin məhz iyunun 26-da Vaşinqton görüşü ərəfəsində baş verməsi məqsədli şəkildə həyata keçirilib: “Erməni tərəfinin əsas məqsədi danışıqlar prosesinə və eyni zamanda bölgəyə sülhün gəlməsinə maneə törətməkdir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan bəzi dövlətlərin əlində oyuncağa çevrilib və zaman-zaman ondan Azərbaycana qarşı alət kimi istifadə olunur. Özü də Rusiya sülhməramlılarının gözü qarşısında bu cür təxribatların həyata keçirilməsi isə onu deməyə əsas verir ki, erməniləri bu addımları atmağa sülhməramlı kontingent təşviq edir. Azərbaycan Ordusu hər zaman olduğu kimi, bundan sonra da ölkəmizə qarşı törədilə biləcək bütün təxribatların qarşısını alacaq. Ermənistan Ordumuzun “Qisas” əməliyyatı ilə verilən cavabdan nəticə çıxarmalı və bilməlidir ki, bundan sonrakı tədbirlər daha amansız olacaq. Beş hərbçisinin məhv edilməsi də onların təxribatlarına verilmiş adekvat cavab kimi qiymətləndirilməlidir. Ermənistanın hərbi və siyasi rəhbərliyinə onların təxribatlarına cavab olaraq hələ 2022-ci il martın 26-da Fərrux və avqustun 3-də keçirilən Sarıbaba əməliyyatlarını xatırlamağı və bundan nəticə çıxarmağı tövsiyə edirik”.

Deputat bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin quluna çevrilən Qərb dairələrindən də söz açıb: “Onlar Ermənistanı dəstəkləməklə regionda sülhün bərqərar olunmasına birmənalı şəkildə maneə törədirlər. Baş vermiş sonuncu təxribatda da Laçında qurulmuş postu “blokada” kimi təqdim edən bir sıra korrupsioner qərb siyasətçiləri və təşkilatlarının da məsuliyyəti var. Bu təxribatın ermənipərəst və islamafob qüvvələrin, Avropa Parlamenti daxilində bəzi qüvvələrin maraqlarına cavab verməsi heç kimə sirr deyil. Çünki törədilən əməlləri başqa cür izah etmək mümkün deyil. Bu bir daha göstərir ki, onlar erməni lobbisinin əlində oyuncağa çevrilib. Son proseslər göstərdi ki, bəzi Qərb dairələri də təxribatçı ermənilərlə eyni məqsədə xidmət edir. Lakin onlar unutmamalıdırlar ki, Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu mövqe bölgəyə sülhün gəlməsini istəməyənlərin arzusunu gözündə qoyacaq. Ermənistan və onun havadarları Azərbaycanın iradəsinə təsir göstərə bilməyəcək və istənilən təxribata ən sərt şəkildə cavab veriləcək”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button