2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan XİN başçısı Bakı ilə danışıqlarda Yerevanı qane etməyən məsələləri açıqlayıb

Sülh müqaviləsinin Bakıdan Yerevana təqdim edilmiş sonuncu versiyası sülh prosesinə zərbə oldu. İlham Əliyevin sonuncu müsahibəsi də sülh danışıqlarına bir zərbə oldu. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan Yerevanda keçirilən mətbuat konfransında bildirib.

Sərhədin delimitasiyası məsələlərinə toxunan Mirzoyan deyib ki, hər iki ölkənin delimitasiya üzrə komissiyalarının yeni görüşü haqqında razılaşma var. Bir müddət əvvəl Azərbaycan 1974-1990-cı illərin xəritələrindən istifadə etməyi təklif edib və Ermənistan tərəfi razılaşıb.

“Lakin Azərbaycan prezidentinin sonuncu müsahibəsində Azərbaycanın özünün bu təklifdən yayındığı müşahidə olunur”, deyə Mirzoyan bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan və Azərbaycan heç bir qeyri-müəyyənlik və fərqli anlaşılacaq heç bir ifadə olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Sərhədlər SSRİ-nin səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş və möhkəm hüquqi əsası olan xəritələr əsasında delimitasiya olunmalıdır. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərin xəritələridir.

İqtisadi və nəqliyyat kommunikasiyaları suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır”, deyə Mirzoyan qeyd edib.

O bildirib ki, Ermənistan iki dəfə minalanmış sahələrin xəritələrini Azərbaycana təqdim edib, baxmayaraq ki, Azərbaycan tərəfi onların dəqiq olmamasından gileylənib.

Hazırda Ermənistanın müvafiq orqanları “mümkün yeni minalar haqqında” məlumat əldə etməyə çalışırlar. “Konstruktiv yanaşma olduğu və tərəflər arasında etimad möhkəmləndiyi” təqdirdə Yerevan bu məlumatları Bakıya təqdim edəcək. Lakin bu dəfə bu, beynəlxalq vasitəçilərin iştirakı ilə edilməlidir, deyə Mirzoyan əlavə edib.

Yüksək və ən yüksək səviyyələrdə görüşlər zamanı Yerevan və Bakı sülh müqaviləsinin mətnində bəzi ifadələrlə bağlı qarşılıqlı razılıq əldə etməyə müvəffəq olublar. “Lakin bir sıra mühüm məsələlər var ki, onlara yanaşmalarda fərq var”, deyə Ermənistan XİN başçısı vurğulayıb.

Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri birbaşa əlaqə saxlayırlar. Ermənistan və Azərbaycan liderlərinin administrasiyaları və iki ölkənin bir sıra digər qurumları arasında da birbaşa əlaqə qurulub”, deyə Mirzoyan qeyd edib.

“Belə bir təəssürat yaranır ki, Azərbaycanda nizamlanmaya nail olmaq üçün siyasi iradə yoxdur. Əksinə, Ermənistana qarşı tələblər irəli sürmək cəhdi var. Bizim mövqeyimiz qətidir və sərhədlər SSRİ dövründə olduğu kimi olmalıdır. Ermənistan bu məsələdə sonuna qədər gedəcək”, deyə Mirzoyan qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button