2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan Zəngəzurdan maneəsiz çıxış verməlidir – İ.Əliyev

Bakı/11.01.24/Turan: “Sülh yol kəsişməsi” nəqliyyat layihəsi piar aksiyadır. Bu barədə prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bildirib.

“Ermənistan bu ideyanı “Zəngəzur dəhlizinin” alternativi olaraq irəli sürüb, amma faktiki olaraq, bu, piar aksiyadır”, deyə Əliyev bildirib. 

Onun sözlərinə görə, Ermənistan “Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidir, bu, onların öhdəliyidir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir”, deyə Əliyev bildirib.

Bu məsələlərdə Ermənistanın təkcə zəmanətləri “kifayət deyil”. 10 noyabr Bəyanatına əsasən, bu marşrutda təhlükəsizliyi Rusiya sərhədçiləri təmin etməlidir, deyə Əliyev qeyd edib.

O, Azərbaycanın Zəngəzur dəhlizini güc tətbiq edərək açmaq niyyətində olduğu haqqında iddiaları təkzib edib.

“Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq”, deyə Əliyev sözünə davam edib.

Daha sonra o, ABŞ-ın Bakının İrandan yol tikmək qərarını pisləməsindən qəzəbini ifadə edib.

“Siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, onda digər varianta ehtiyac qalmayacaq”, deyə Əliyev Vaşinqtona xitabən bildirib.

“Amerika “biz buna imkan verməyəcəyik” deyəndə nəyi nəzərdə tutur? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində?”, deyə o, sözünə davam edib.

Zəngəzur dəhlizi açılmasa, “Ermənistan yenə dalan olaraq qalacaq və biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”, deyə Əliyev qeyd edib. 0

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button