2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Evdə yaşayış varkən uçurulub

30 apreldə Nəsimi rayonu Mirqasımov küçəsi 8 ünvanında iki ailənin evi sökülüb. Sakinlər Meydan TV-yə bildiriblər ki, 3 gün olar Nəsimi rayon İcra Hakimiyyətinin söküntü aparmaq üçün Nəsimi rayon Məhkəməsinə verdiyi şikayətə baxılıb. Orada yaşayan ailələrə “kupça”da yazılan ev sahələrindən 20-30 kvmetr əlavə yaşayış yeri verməklə müqavilə bağlayaraq, evlərindən çıxarılmasına qərar verib. Qərardan 1 ay müddətinə apelyasiya şikayəti verilə bilər. Amma qərar qüvvəyə minmədən iki ailənin evi sökülüb. 

Saytların yığılması Saytlarin yigilmasi

Sakin Gülparə Əliyeva deyir ki,   “Rifah Plaza” MMC ərazidə bina tikəcək. Şirkət 7 ailənin evin alıb, 4 ailə qalıb. 

Süleyman Rüstəmov 69 ünvanında  isə 5 ailə köçmək istəmir. Şirkət əmin edir ki, evləri sökəndən sonra onun yerinə tikəcəkləri binada sakinlərə ev verəcəklər. G. Əliyeva deyir ki, şirkət bir neçə dəfə təkliflərin dəyişdiyi üçün onlara etimad göstərmirlər. Buna görə də şirkətlə razılaşıb, müqavilə bağlamırlar. 

Sakinlər bildirirlər ki, UNİ Klinikanın rəhbəri Əli Həsənovla “Rifah Plaza” MMC şərikdirlər və birlikdə bina tikəcəklər. Əli Həsənov Meydan TV-yə bildirib ki, söküntü ilə bağlı xəbərsizdir. “Mənlik bir iş yoxdur, səhv məlumatdır”. 

İş günü olmadığına görə Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb. Amma bu ilin fevralında Nəsimi rayon İcra Hakimiyyətindən “Azadlıq Radiosu”na bildiriblər ki, qeyd olunan ünvanda yerləşən 12 ailənin yaşadığı bina qəzalı olduğundan fevralın 22-dən söküntüyə başlanıb. Sakinlər təklif olunan şərtlərlə razılaşmayıblar. Lakin bu söküntü Nazirlər Kabinetinin uyğun qərarıyla gerçəkləşdirilir. 1 il 6 ay ərzində sakinlərin həmin ünvanda inşa olunacaq yeni binadakı mənzillərinə köçürülməsi planlaşdırılıb. Sakinlərə həmin müddətdə kirayədə qalmaları üçün müəyyən məbləğ də təklif olunub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button