2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Fəlakət xəritəsi

Xəbər verildiyi kimi, dekabrın 14-ü axşam saatlarında Kəlbəcər rayonunun Çıraq kəndində iki qrup insan minaya düşüb. Minaya düşənlərdən biri həlak olub. Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə məlumatında bildirilir.

Əvvəlcə, təmir-tikinti işləri ilə məşğul olan tikinti şirkətinin 4 əməkdaşı minaya düşüb. Ardınca isə onlara köməyə gedən 4 hərbçi də minada partlayıb. Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir əsgər isə dünyasını dəyişib.

Çıraq kəndi yaxınlığında 8 nəfərin minada partlaması onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı terror aktları hələ də davam edir. Bunu jurnalistlərə Azərbaycan Ordusunun Quru Qoşunlarının zabiti, mayor Ruslan Səmədov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, minaların ermənilər tərəfindən 2020-ci ilin dekabrında qoyulduğu güman edilir.

“Nə birinci Qarabağ müharibəsi zamanı, nə də Vətən müharibəsi zamanı müdafiə xətti Çıraq kəndindən keçməyib. Heç bir hərbi zərurət olmadığı halda insanların öldürülməsi məqsədi ilə bu ərazilərə minaların basdırılması qarşı tərəfin terror fəaliyyətinin sübutudur”, – deyə Səmədov bildirib.

ANAMA-nın Göygöl regional təlim mərkəzinin təlimatçısı Vasif Cəbrayılov da öz növbəsində bildirib ki, ilkin versiyaya görə, Çıraq kəndində tank əleyhinə “TM 62-M” minası partlayıb: “Hadisə yerindən əldə etdiyimiz sübutlar da bu minanın fraqmentlərinə bənzəyir. Qeyd edim ki, “TM 62-M” tank əleyhinə mina təzyiq nəticəsində işə düşür və tərkibində 7,5 kq partlayıcı var”.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-dan 2022-ci il dekabrın 14-dək işğaldan azad edilmiş ərazilərdə artıq 272 nəfər minalarda partlayıb (46 nəfər həlak olub, 226 nəfər yaralanıb).

Təbii ki, bu, Azərbaycanda ciddi hiddətə səbəb olur. Və suallar ortaya çıxır. Baş verənlərə görə kim cavabdehlik daşımalıdır? Mülki şəxslərin ölümlərinin qarşısını necə almaq olar?

Press Klubun suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb:

– Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin rəsmi məlumatına görə, işğaldan azad edilmiş bütün ərazilərdə bu prosesin tam şəkildə həyata keçirilməsi üçün 30 il zaman və 25 milyard dollar vəsait lazımdır. Əgər hər il ölkəmizdə onlarla insanın minalardan ölməsi və yaralanması nəzərə alınsa, təsəvvür edin ki, 30 il ərzində bu ərazilərdə nə qədər insan ölə bilər. Bu proses, çox uzun çəkə bilər.

Təəssüf ki, bu gün beynəlxalq humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər Qarabağdakı ermənilərin taleyindən narahatlıq ifadə etsələr də, Azərbaycan ərazilərinin minalanmasından yaranan problemlərə kor, kar, lal olaraq qalırlar. Heç bir qınaq, Ermənistanı minalanmış ərazilərin xəritələrini Bakıya təhvil verməyə məcbur edəcək heç bir hərəkət yoxdur. Bu onu deməyə əsas verir ki, regionumuzda sülh quruculuğu məsələləri ilə məşğul olan bütün bu təşkilatlar və dövlətlər birtərəfli yanaşma sərgiləyirlər və az qala ermənipərəst mövqedən çıxış edirlər. Necə ki, son onilliklər ərzində ermənipərəst mövqe tutublar. Bu bir faktdır.

Biz onlarla necə işləsək, onlara necə təsir etsək də, bütün bu strukturlar, anti-Azərbaycan mövqe tutacaqlar. Bunu etiraf etmək lazımdır. Bu insanlar üçün hər hansı sübutların, arqumentlərin heç bir mənası yoxdur. Onlar üçün yalnız siyasi maraqlar önəmlidir. Bu siyasi maraq da nüfuzlu erməni lobbisi, onların pul kisələri ilə məhsuldar ünsiyyəti diktə edir.

Əlbəttə, Azərbaycan minalanmış ərazilərlə bağlı bütün xəritələrin ona verilməsində israr edəcək, amma təəssüf ki, buna böyük ümidlər yoxdur. Çünki Ermənistan tərəfi bu kartlara, bu humanitar vəziyyətə açıq-aydın tüpürən himayədarlarına arxalanır – gəlin, hər şeyi öz adı ilə çağıraq. Və bu tam cəzasızlıq şəraitində Ermənistan minalanmış ərazilərin real xəritələrini Azərbaycana verməkdə maraqlı deyil. Üstəlik, Ermənistan tərəfi xəritələri təhvil verməməklə və bununla da minatəmizləmə prosesini axsatmaqla məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtmasını, bu ərazilərin bərpasını, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsini ləngitməyə çalışır. Çox güman ki, ermənilərin himayədarları da bunda maraqlıdırlar, onlar da Azərbaycanın bu ərazilərdə güclənməsini istəmirlər. Əks halda, daha tez hərəkət edərdilər. Onlar əvvəllər Azərbaycanın maraqlarına tüpürürdülər və biz bu gün eyni şeyi bir az fərqli formada görürük.

Rauf Orucov

The post Fəlakət xəritəsi appeared first on 24 saat.

24 saat” “Fəlakət xəritəsi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button