Loading...
Loading...
Sosial

“Facebook Messenger”də YENİLİK

Facebooksosial şəbəkəsinin mütəxəssislər qrupu Lissabonda keçirilən “Web Summit” tədbirində yeni “Customer Chat Plugin” funksiyasını əlavə edən “Messenger 2.2” platformasını nümayiş etdirib. Yeni funksiya şirkət saytlarında “Facebook Messenger” funksionallığından istifadəyə imkan verəcək.

ICTnews xəbər verir ki, sosial şəbəkə artıq “Customer Chat Plugin” funksiyasının qapalı beta testinə başlayıb. Hazırda sınaq proqramında 12 şirkət iştirak edir, eyni zamanda digər tərtibatçılar üçün virtual növbəyə yazılmağa imkan yaradılıb.

Məlumata görə, kross platformalılığı nəzərdə tutan funksiya internet saytından smartfon və ya planşetdəki adi “Messenger” əlavəsinə keçid alan zaman söhbətin tarixçəsinin və kontekstinin silinməsinə imkan vermir.

“Customer Chat Plugin”, həmçinin “Messenger” platformasının bütün mövcud imkanlarını, o cümlədən ödənişləri, müxtəlif kontentlə işi və s. dəstəkləyir.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button