2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Səsvermə sabah Bakı vaxtı ilə saat 8-də başlayacaq və saat 19-da başa çatacaq.

Seçici siyahılarına 6 milyon 478 min 623 seçici daxil edilib. Seçicilərin səs verməsi üçün 6537 seçki məntəqəsi təşkil edilib. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da keçirdiyi mətbuat konfrasında bildirib. 

Onun sözlərinə görə, 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb”, deyə Pənahov qeyd edib.

MSK sədrinin sözlərinə görə, sabah 30 ildən sonra Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə səsvermə keçiriləcək.

“Hesab edirəm ki, sabahkı seçkilərin əsas əhəmiyyəti də müasir Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Azərbaycanın əraziləri 30 ildən çox işğalda qalmışdı və 800 minə yaxın insanımız köçkün düşmüşdü. Ona görə də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs verirdi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz suverenliyini bərpa etdi və sabah azad edilmiş ərazilərdə də səsvermə keçiriləcək”, deyə o, qeyd edib.

Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydə alınıb.

“Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir, 72 beynəlxalq təşkilatı təmsil edir. Artıq tam tərkibdə müşahidəçilər burdadır. 266 nəfər ATƏT-dən olan müşahidəçi var. MDB və digər qurumlardan da müşahidəçilər var. TÜRK PA nümayəndələri də burada iştirak edir”, deyə Pənahov qeyd edib.

MSK sədri bildirib ki, seçkiləri izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Pənahovun sözlərinə görə, prezident seçkilərini 109 beynəlxalq media qurumundan 216 jurnalist izləyəcək.

Fevralın 7-də prezidentlik uğrunda hazırkı prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparacaq.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button