Bizim tərcümə

Finlandiya Rusiya ilə sərhəddə divar tikməyə başlayıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-01 12:48:20

class=”medianet-inline-adv”>

Sərhədçilər divarın 3 metr hündürlüyündə olacağını və üzərində tikanlı məftillərin olacağını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Finlandiya 1340 km uzunluğunda Avropa İttifaqının Rusiya ilə ən uzun sərhədini bölüşür. Hazırda sərhəddə yüngül taxta hasarlar var.

Ukraynada döyüşmək üçün ordudan qaçan rusların sayının artması ilə əlaqədar Finlandiya divar tikmək qərarına gəlib.

Finlandiya Parlamenti çərşənbə axşamı ölkənin NATO alyansına üzvlük iddiasını sürətləndirəcək qanun layihəsinin müzakirəsinə başlayıb və çərşənbə günü səsvermənin keçirilməsi gözlənilir.

İmatra sərhəd qapısında divar işlərinə meşələrin təmizlənməsi ilə başlanıldığı halda, yeni yol və divarın tikintisinə mart ayında başlanması planlaşdırılır.

Divarın müəyyən yerlərində gecə görmə kameraları, işıqlar və dinamiklər yerləşdiriləcək.

class=”medianet-inline-adv”>

Sərhəd Mühafizəsinin məlumatına görə, İmatrada 3 kilometrlik pilot layihənin iyunun sonunadək başa çatdırılması gözlənilir.

Finlandiya iyul ayında Sərhəd Mühafizəsi Aktına yeni dəyişikliklər edərək, daha möhkəm bir divar inşa etməyə imkan verdi. Mal-qaranın sərhəddən keçməsinin qarşısını almaq üçün mövcud taxta hasarlardan istifadə edilir.

Rusiya Ukraynanı işğal edəndən bəri Finlandiya şərq sərhədini möhkəmləndirməyə çalışır.

Sentyabr ayında prezident Vladimir Putinin Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçilərin səfərbər edilməsi əmrindən sonra çoxlu sayda rusiyalı Finlandiyaya qaçmağa başladı.

Ötən il fevralın 24-də Rusiyanın işğalından sonra Finlandiya və İsveç illərlə bitərəfliyə son qoyaraq NATO-ya üzv olmaq qərarına gəliblər.

ABŞ və Kanada ilə yanaşı, 28 Avropa ölkəsindən ibarət NATO Türkiyə və Macarıstan istisna olmaqla, iki Skandinaviya ölkəsinin iştirakını təsdiqləyib.

Finlandiya hökuməti üzvlük ərizəsini aprelin əvvəlində keçiriləcək seçkilərə qədər yekunlaşdırmaq istəyir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button