Dünya

Flay yenidən AzadlıqRadiosu-nun prezidentidir


 

AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) İdarə Heyəti Ceymi Flayı fevralın 16-dan şirkətin prezidenti və icraçı baş direktoru təyin edib. Flay 2019-cu ilin avqustundan 2020-ci ilin iyununadək bu vəzifədə olmuşdu.

“Bu çətin dövrdə AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti vəzifəsinə qayıtmaq məni həyəcanlandırır. Pandemiyanın təzyiqinə, radionun jurnalist bütövlüyü və redaksiya müstəqilliyinə əngəllərə baxmayaraq missiyasına fokuslanmış jurnalistlər və əməkdaşlarla fəxr edirəm… Onlarla yenidən yanaşı işləmək şərəflidir”, – Flay deyib.

Flay ABŞ-ın German Marşal Fondu (GMF) prezidentinin aparıcı müşaviri və aparıcı əməkdaşı kimi çalışırdı. O, daha öncə də GMF-in aparıcı əməkdaşı olub.

Ceymi Flay vaxtilə ABŞ Konqresində, Milli Təhlükəsizlik Şurasında, Müdafiə Departamentində işləyib.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button