2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Forbes” jurnalından SENSASİON məlumat: Vardanyan Ermənistan və Qarabağa nə qədər pul xərcləyib?

[

“Forbes” jurnalı Ruben Vardanyanın Ermənistana və Qarabağa xərclədiyi pullar haqda məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, 2022-ci ildə o, Qarabağda yaratdığı qondarma “biz və bizim dağlar agentliyi” vasitəsilə təxminən 900 min dollar pul xərcləyib. Ruben 2001-ci ildən 2023-cü ilə qədər – 22 il ərzində Ermənistana və Qarabağa “xeyriyyə” adı altında ümumilikdə 700 milyon dollardan çox “sərmayə” qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Vardanyanın bu qədər pul xərcləməsinin əsas məqsədi “xeyriyyə” adı altında çirkli pulların yuyulması idi. 44 günlük müharibədən sonra isə Ruben yatırdığı investisiyanı siyasi kapitala çevirmək planını işə saldı. “Qarabağa köçməsinin səbəblərindən biri də bu idi və Xankəndidən İrəvana “artsax qəhrəmanı” olaraq getməyi, Ermənistanda Paşinyana qarşı mübarizədə siyasi müxalifətin yeni lideri olmağı düşünürdü. Lakin nə xərclədiyi pullar, nə də Rusiya və Avropadakı dostları Vardanyanı Bakı həbsxanasından xilas etmədi. Onun həbsindəki ən maraqlı detal – ehtimal isə Bakının Samvel Babayanı “yem kimi” istifadə etməsi idi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Vardanyan hələ də xaricdəki “dostları”nın onu xilas edəcəyinə ümidini itirməyib, hərçənd, “dostları” haqda məlumatları Azərbaycan müstəntiqləri ilə həvəslə paylaşdığına dair məlumatlar da var: “Bu baxımdan, onun istintaqının nəticələri və məhkəməsi beynəlxalq miqyaslı səs-küyə səbəb ola bilər”.

Qeyd edək ki, Ruben Vardanyan sentyabr ayında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button