Bizim tərcümə

Fransa PKK terror təşkilatına yenidən göz yumur

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-08 08:00:09

class=”medianet-inline-adv”>

Parisdə 3 PKK-lı qadının öldürülməsinin 10-cu ildönümü öncəsi Avropanın müxtəlif yerlərindən təşkilat tərəfdarları avtobus və ya qatarla Fransa paytaxtına gediblər. Təşkilatçılar Parisin Respublika meydanında keçirilən nümayişə 25 min adamın qatıldığını iddia ediblər. Onların əllərində 10 yanvar 2013-cü ildə hücumda həlak olan PKK üzvləri Sakine Cansız, Fidan Doğan və Leyla Şaylemezin fotoşəkilləri olan pankartlar olub. Hücumla bağlı yeganə məhbus olan Ömər Güney 2016-cı ildə həbsxanada beyin şişindən dünyasını dəyişib. Ötən ay ifrat sağçı bir fransızın Parisdəki Ahmet Kaya Mədəniyyət Mərkəzinə təşkil etdiyi hücumda 3 nəfər həyatını itirmişdi və qətlin irqçi motivlərlə təşkil edildiyi aydınlaşsa da, PKK tərəfdarları bu hərəkətdə Türkiyəni günahlandırmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

class=”medianet-inline-adv”>

MOLOTOFLU TÜRKİYƏ BAŞ KONSULUĞUNA HÜCUM

Dünən Türkiyənin Fransanın Marsel şəhərindəki Baş Konsulluğuna molotof kokteyli ilə hücum edildiyi xəbəri yayılıb. 6 maskalı şəxsin molotof kokteyli ataraq konsulluq binasından qaçdığı, mühafizəçilərin həyəcan düyməsini basmasından sonra Fransa təhlükəsizlik qüvvələrinin hadisə yerinə gəldiyi bildirilib. Fransanın BFM TV-nin polis mənbələrinə görə, iki şübhəli tutularaq nəzarətə götürülüb və hadisə ilə bağlı istintaq başladılıb. Türkiyənin Marseldəki baş konsulu Arda Ulutaş da “Anadolu” agentliyinə bildirib ki, konsulluq binasında xəsarət alan və maddi ziyan yoxdur.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button