2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fransa: “Rusiya Suriyada İşidistan yaradacaq”

Əsəd rejimi və Rusiyanın seçdiyi total müharibə strategiyası Suriyanı parçalanmaya doğru aparır.

Axar.az xəbər verir ki, bunu RFİ televiziyasına açıqlamasında Fransa Xarici İşlər naziri Jan Mark Eyro söyləyib. Moskvanın addımlarının yanlış olduğunu bildirən baş diplomat bu strategiyanın İşidistan yaranmasına səbəb olacağını söyləyib:
“Əsəd və Rusiyanın seçdiyi yol regionu yalnız davamlı xaosa doğru aparır. Bu strategiya terrorizmin yox edilməsinə şərait yaratmayacaq. Bu strategiyanın əsas hədəfi rejimin nəzarət etdiyi əraziləri genişləndirməkdir. Bu gün əsas məsələ hakimiyyətdə Əsədin qalıb-qalmayacağıdır. Söhbət regiondakı sülh və təhlükəsizlikdən gedir. Hələbin alınması belə sülh yaratmayacaq. Radikallaşma təhdidi, terrorizm təhdidi və hərbi konflikt bundan sonra da davam edəcək. Əsəd və Rusiyanın yaradacağı xaos bütün regionun stabilliyinə təhdiddir. Bizim təklifimiz siyasi danışıqların yenilənməsidir. Bu danışıqların əsas hədəfi Suriyanın bütövlüyünü qorumaq olmalıdır. Total müharibə Suriyanı parçalayacaq. Əsas risk isə Əsəd rejiminin nəzarət edə bilmədiyi ərazilərdə İŞİD güclənəcək və İşidistan yaranacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button