2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa seçki kampaniyasında qalmaqallı hadisə

Fransada gələn həftə keçiriləcək prezident seçkisi üçün namizədlər son görüşlərini keçirərkən, meydana çıxan maraqlı hadisələrdən biri də François Fillonun görüşü zamanı baş verib. Sağ görüşə malik seçicilərin namizədi Fillonun Toulouse şəhərində təşkil etdiyi salon yığıncağına qatılan qatılan 3 adam “kifayət qədər alqışlamadığı və həyəcan göstərmədiyi” səbəbiylə təhlükəsizlik əməkdaşlarına şikayət edilib. Onlar həmin üç adamı salondan çölə atıb.

Jurnalistlərə açıqlama verən bu 3 vətəndaş təhlükəsizlik əməkdaşları və təşkilat komitəsi tərəfindən salondan çıxarıldıqlarını, “bu qərara səbəb olaraq çıxışı alqışlamamızın göstərildiyi cavabını aldıq” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Yığıncağa Fillon haqqında məlumat əldə etmək üçün getdiklərini deyən vətəndaşlar “alqışlamaq məcburiyyətində olduğumuzu bilmirdik, yalnız seçkilər və namizəd haqqında daha çox məlumat əldə etmək istədik” söyləyib. France 3 kanalına açıqlama verən təşkilat üzvləri hadisəni təsdiqləyərək, salondan çıxarılan şəxslərin səssizcə bir küncdə dayandığını və bu vəziyyətin şübhə yaratdığını qeyd edib.

Vətəndaşlar Fransada sosial mediaya gündəm olan hadisə haqqında “bundan belə Fillonun toplantısından qovulmaq istəmirsinizsə, mütləq alqışlayın, mümkünsə, sürətli və uca səslə” şəklində mesajlar ataraq, hadisəni qınayıblar.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button