2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fuad Hüseynəliyev: “Aİ-nin əsassız ittihamları sülh müqaviləsinin bu qitədə imzalanması perspektivinə kölgə salır”

“Avropa İttifaqının (Aİ) Azərbaycanla bağlı irəli sürdüyü əsassız ittihamlar Ermənistanla sülh müqaviləsinin bu qitədə imzalanması perspektivinə kölgə salır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24” televiziya kanalına müsahibəsində deyib.

O xatırladıb ki, Brüssel öz missiyasını Ermənistanla yanaşı, Azərbaycanda da yerləşdirmək istəyirdi: “Lakin rəsmi Bakı haqlı olaraq buna razılıq verməyib. Çünki həmin missiyanın ölkədə yerləşdirilməsi problemin bir neçə il yenidən uzadılması demək idi. Ona görə də missiyanın sadəcə Ermənistanda yerləşdirilməsi ilə kifayətlənməyə məcbur oldular. Məhz bundan sonra da sözügedən missiyanın əsas məqsədi dəyişdirildi. Belə ki, Avropa İttifaqı artıq Rusiyanın Ermənistandan çıxarılması istiqamətində addımlar atmağa başladı. Ermənistanın baş naziri Nikol Paşinyanın və hökumət üzvlərinin bəyanatları da bunu təsdiqləyir. Həmin bəyanatlar ondan ibarətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər Ermənistanı Azərbaycanın “təcavüzündən” qorumayıb. Halbuki, Azərbaycan bütün əməliyyatları öz ərazisində keçirib və buna tam hüququ var idi. Baş verənlərdən sonra Aİ sanki Ermənistan uğrunda Rusiya ilə yarışa girdi. Son zamanlar Ermənistanda Fransadan sonra Almaniyanın da aktivliyi nəzərə çarpır. Görünür, Berlin Parisin bölgədə aparıcı rol oynamasına imkan vermək istəmir.

Hesab edirəm ki, hər iki ölkə Aİ-də təmsil olunduqları üçün onların aktiv mübarizəsinə şahid olmayacağıq. Əvvəllər bu birlikdə Berlin iqtisadi, Paris isə siyasi aktivliyi ilə daha çox seçilib. Ancaq indiki dövrdə Fransanın daxilində olan çaxnaşmalar fonunda xarici siyasətdə aktivliyinin səngiməsi fürsətini dəyərləndirən Almaniya siyasi məsələlərdə də ola bilsin liderlik etmək istəyir”.

Qarabağ məsələləri fonunda nəinki Almaniyanın, istənilən dövlətin hazırda Azərbaycana hansısa təzyiq göstərə bilməyəcəyini deyən media rəhbəri əlavə edib ki, Fransadan fərqli olaraq Almaniyanın sərgilədiyi mövqe birtərəfli deyil: “Bu baxımdan Aİ daha çox Almaniyanı ön plana çıxarmağa çalışır. Burada da əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Həmçinin danışıqlar fonunda Qarabağ ermənilərinin hüquqları kimi mövzuların qaldırılması ehtimalı da var. Amma bu, Azərbaycanın hansısa beynəlxalq tərəfdaşla müzakirə edəcəyi məsələ deyil”.

F.Hüseynəliyev vurğulayıb ki, Avropanın birtərəfli mövqeyinə görə sülh danışıqları prosesində Brüssel formatı bir o qədər də aktiv deyil: “Çünki dəstəyin və bəyanatların Ermənistana tərəf yönəldiyinin şahidi oluruq. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi sülh danışıqları fonunda Aİ-dən tərəfsiz bir münasibət görərsə, o zaman bizim üçün sülh müqaviləsinin Avropanın hansı şəhərində imzalanmasının heç bir fərqi olmayacaq. Bununla bağlı Azərbaycanın mövqeyi birmənalı şəkildə dəyişməz olaraq qalır. Azərbaycanın istəyi sülh müqaviləsinin beynəlxalq hüquqa əsaslanan şərtlərlə imzalanması, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasıdır. Lakin Aİ-nin Azərbaycanla bağlı irəli sürdüyü əsassız ittihamlar sülh müqaviləsinin bu qitədə imzalanması perspektivinə kölgə salır”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button