2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Gələn ilin neft qiyməti ilə bağlı proqnoz açıqlanıb – Azərbaycan üçün bayramdır

2023-cü ildə dünya bazarında neftin bir barelinin orta qiyməti təxminən 100 ABŞ dolları olacaq.

RBC xəbər verir ki, bu barədə dünyanın ən böyük investisiya banklarından biri – “Bank of America”nın hesabatında bildirilir.

Bununla belə, sənədə əsasən, qlobal qüvvələr balansında baş verəcək hər hansı, hətta cüzi dəyişikliklər belə bazarda güclü dalğalanmalara səbəb ola bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bankın analitiklərinin fikrincə, 2023-cü ildə əmtəə kotirovkaları “əsəbi” dəyişikliklərlə yadda qalacaq: “Bazarda qeyri-sabit tarazlıq yaranacaq ki, istənilən güclü oyunçu onu asanlıqla poza biləcək”.

“OPEC, ABŞ, Çin və yaxud Rusiya kimi tərəflər müəyyən sıxıntılara məruz qala bilər. Əlavə qeyri-müəyyənlik, qlobal iqtisadiyyatda gözlənilən resessiya ilə əlaqəli olacaq”, – deyə hesabatda qeyd olunub.

2022-ci ilin yekunlarına gəlincə, bildirilir ki, yayda qiyməti 120 dolları ötən “Brent” neftinin bir bareli indi yenidən 76-77 dollar aralığında satılır və neft bazarı ili elə bu mövqelərdə başa vuracaq.

Bank analitiklərinin fikrincə, geosiyasi gərginlik və Rusiya nefti üçün “tavan” qiymətin müəyyən edilməsi kimi sanksiya oyunlarına əlavə olaraq, qlobal bazar koronavirus pandemiyasından yığılıb qalmış problemlərin fəsadlarını hiss edəcək.

The post Gələn ilin neft qiyməti ilə bağlı proqnoz açıqlanıb – Azərbaycan üçün bayramdır appeared first on 24 saat.

“24 saat “Gələn ilin neft qiyməti ilə bağlı proqnoz açıqlanıb – Azərbaycan üçün bayramdır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button