2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gəncənin qurur duyduğu icra başçısı – Elmar Vəliyev – Savash.org


Gəncənin necə dəyişdiyinin, gözəl bir şəhərə çevrildiyinin sübuta ehtiyacı yoxdur.Qədim Nizami yurdu göz qabağındadır.Təbii ki, ulu Nizaminin uyuduğu şəhər ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində bu səviyyəyə çatmışdır. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əhali ilə görüşlərdə, müxtəlif rəsmi tədbirlərdə, yığıncaqlarda dəfələrlə deyib ki,Gəncə möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində sürətlə inkişaf edir.
Gəncədə elə obyektlər tikilib istifadəyə verilib ki, respublikada tayı-bərabəri yoxdur. Şəhərin bütün küçə və məhəllələri abadlaşdırılır. Hara baxırsan, iş gedir. Şəhər qədimliyi qorunmaqla müasirliyə qovuşur. Təsadüfi deyil ki, Gəncə 2016-cı il üçün “Avropanın gənclər paytaxtı seçilib. Qonaq-qaralı bir şəhər olub Gəncə. Şəhər ən yüksək səviyyədə beynəxalq tədbirlərə ev sahibliyi edir. Sonradan bu tədbirlərin sorağı dünyanın müxtəlif yerlərindən gəlir.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev gününün əksər vaxtını kabinetində deyil, şəhərin müxtəlif obyektlərində keçirir, işə nəzarət edir, tapşırıqlarını verir. O, hətta hər daşın düzülüşünə belə diqqət yetirir, – desək, səhv etmərik. Dediklərimiz gəlişigözəl sözlər kimi qəbul olunmasın. Elmar müəllim heç özü də tərifi sevmir. Sadəcə, bu da onun iş üsuludur: nəzarət, məsuliyyət hissi. Bəs belə olan halda, necə olur ki, heç bir fakta istinad etmədən böyük bir şəhərin rəhbəri haqqında böhtan, şər, iftira dolu yazılar dərc edirlər?! Və sonra da üzr belə istəmədən yazdıqlarını təkzib edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Əslində, belə “yazıların” meydana gəlməsini və onların niyyətini başa düşməmək çətin deyil. Çünki belə cızmaqaralar müəyyən vaxtlarda məqsədli şəkildə yayılır. Bir qədər də dəqiq desək, məqsəd Gəncədə görülən işləri gözügötürməmək və insanları ruhdan salmaqdır. Amma bütün bunlar əbəsdir. Gəncədə kimin kim olduğunu hamı yaxşı bilir. Bir də ki, dönüb Gəncəyə baxanlar şəhərin dünəni ilə bugününü müqayisə edir və hər yerdə yalnız işıq görürlər. İşıq isə həmişə zülməti yarıb. Bütün bunları unutma, yazan “dost”, Gəncəyə bax, sonra…yaz. Çünki həqiqəti yazmaq lazım gələrsə Gəncə haqqında yazmaq, burada baş verən yeniliklərdən söhbət açmaq indi çox asanlaşıb. Bilirsiniz niyə? Çünki şəhər göz önündədir. Arayışa, hesabatlara, faktlara,rəqəmlərə ehtiyac yoxdur. Çıx şəhərə, bir-iki saat gəz, kifayətdir, qəzet üçün material var.

Gəncə elə bir şəhərdir ki, burada yaxşı işin də sorağı tez yayılır, pis işin də. Deyə bilmərəm, bəlkə başqa yerlərdə də belədir. Amma, bu, bir faktdır ki, Gəncədə kimin kim olduğunu adamlar daha tez bilir, qədim şəhərin inkişafı, abadlığı, sakinlərin günü-güzaranı üçün çalışanları görür və qiymətləndirirlər. Son illərdə, yəni ölkə rəhbəri olduğu müddətdə görün Prezident İlham Əliyev neçə dəfə Gəncəyə gəlib. Özü də hər gəlişi onlarca obyektin açılışı və yaxud təməlinin qoyulması ilə yadda qalıb. Adamların sosial şəraiti əməlli-başlı yaxşılaşıb, yeni iş yerləri açılıb, şəhər tanınmaz dərəcədə dəyişib, qonaqlı-qaralı olub. Belə olan halda gəncəlilər bunu necə unuda bilərlər?!

Gəncədə boş vədlər verən, amma heç bir iş görməyən, sakinlərin qayğısına qalmayan, adamların səsinə-sorağına biganə yanaşan, ən çətin anlarda qabaga durmağı bacarmayan rəhbər işçiləri sevmirlər və onlar haqqında hər yerdə mənfi imic formalaşır. Cəsarətli addım, xeyirxah iş isə toyda da danışılır, yasda da. Bu il iyun ayının 10-da şəhərdə güclü qasırğa ilə müşaiyət olunan leysan, sözün əsl mənasında, Gəncədə vahimə yaratmışdı. Tarixçilər, yaşlı nəslin nümayəndələri danışırdılar ki, Gəncənin tarixində zəlzələlər istisna olmaqla, hələ belə fəlakət görünməyib. Adamlar təlaş içərisində nə edəcəklərini bilmirdilər. İşıqlar sönmüş, şəhər zülmətə qərq olmuşdu. Yüz ildən çox yaşı olan çinarlar kökündən qopub yolları bağlamışdı, maşınların üstünə aşmışdı, evlərin dam örtükləri qopmuşdu, qaz xətlərinə ciddi ziyan dəymişdi, zirzəmilər su ilə dolmuşdu. Belə bir vaxtda, gecə saat 3 radələrində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuat işçilərinin qarşısına çıxdı və onun çox sərbəst, inamlı, təmkinli çıxışı bütün şəhər əhalisinin sakitləşməsinə, rahatlaşmasına səbəb oldu. Başçı şəhərin fəlakətə düçar olan yerləri haqqında və operativ görülən işlər barədə o qədər dəqiq, həm də hərtərəfli məlumat verdi ki, məəttəl qaldıq. Dedi ki, gecə-gündüz fəaliyyət göstərən qərargah yaratmışıq, təbiətin yaratdığı fəsadlar qısa müddətdə aradan qaldırılacaqdır.

Bir nəçə gün əvvəl Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olmasının 5 ili tamam oldu. Bu beş ildə Gəncənin inkişaf tempini xronoloji şəkildə gözdən keçirsək əmin olarıq ki, dövlətə, dövlətçiliyə sədaqət belə yaranır. Ölkə Prezidentinin etimadı belə doğrudulur.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button