2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gazprom Almaniyada məhkəməni uduzdu

Almaniya məhkəməsi Rusiyanın Şimal Axını-2 kəmərini Avropa İttifaqının qaz direktivlərindən azad etməkdən imtina edən hökm çıxarıb.

Avropa direktivlərinə görə eyni şirkət həm qaz təchizatçısı, həm də onun nəqlinin operatoru ola bilməz.

Bu qaydalara əsasən kəmərin istehsal gücünün bir hissəsi başqa enerji şirkətlərinə verilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu o deməkdir ki, layihənin əsas iştirakçısı olan Gazprom kəmərin istehsal gücünün yalnız 50 faizindən istifadə edə bilər.

Bundan əvvəl Almaniya hakimiyyət orqanları Şimal Axını 2 kəmərini Avropa İttifaqı normativlərindən azad etməkdən imtina etmişdi.

Kəmərin əməliyyatçısı olan Nord Stream 2 AG şirkəti Berlinin bu qərarından Düsseldorfun ali məhkəməsinə şikayət etmişdi.

Avqustun 25-də bu məhkəmənin çıxardığı qərarda deyilir ki, Rusiyanın Şimal Axını 2 layihəsi Avropa qaydalarına uyğun fəaliyyət göstərməlidir.

Şirkət bu qərarla razılaşmadığını, lakin onu nəzərə alacağını bildirib.

Ukrayna tranziti məsələsi

Şimal Axını 2 kəməri Rusiya qazını Baltik dənizinin dibi ilə Ukraynadan yan keçərək Almaniyaya nəql etməlidir.

ABŞ, Ukrayna və bir sıra Avropa İttifaqı ölkələri kəmərin tikintisinə qarşıdırlar.

Qərb Rusiyanın bu kəmərdən Avropa üzərinə təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən narahatdır.

Bununla əlaqədar Almaniya və ABŞ memorandum imzalayıblar.

Memorandumda deyilir ki, Rusiya qazın Ukrayna ərazisindən nəqlini dayandırmayacağına dair öhdəlik götürməlidir.

Ekspertlərin fikrincə Düsseldorf məhkəməsinin qərarı Rusiyanın Ukrayna tranzitini dayandırmasını çətinləşdirə bilər.

Lakin qaz kəməri tikintisinin yalnız kiçik bir hissəsi başa çatmayıb.

Peskov: “Bu korporativ məsələdir”

Bu layihədə Rusiyadan başqa iştirak edən ölkələr, o cümlədən Almaniya və Avstriya layihənin yalnız biznes mahiyyəti daşıdığında israr edirlər.

Nord Strem 2 AG şirkəti məhkəməni Almaniyanın federal Bundesnetzagentur şəbəkəsinə uduzub.

Bu şəbəkə elektrik, qaz, telekommunikasiyalar bazarını, poçt xidmətini və dəmiryol nəqliyyatını tənzimləyir.

İndi sözü gedən dövlət şirkəti məhkəmənin qərarına əsasən Gazpromdan, daha doğrusu onun beynəlxalq qolu olan Gazprom international projects LLC-dən əməliyyatçı şirkətin ikiyə bölünməsini tələb edə bilər.

Hazırda bu şirkət Nord Stream 2 AG əməliyyat şirkətinin yeganə təsisçisidir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Kremldə sözü gedən məhkəmə qərarını “korporativ məsələ” hesab edirlər və bu vəziyyətdə necə hərəkət edəcəyi barədə qərarı şirkətin özü qəbul etməlidir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button