2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gecə-gündüz sağlamlıq keşiyində dayananlar – Hərbi hospitaldan REPORTAJ

Həyatın ən vacib və qarşılıq gözləməyən qəhrəmanları həmişə həkimlərdir. Həkimlərin yeganə məqsədi insan həyatını xilas etmək və xəstə insanların ən dəqiq müalicə üsulları ilə ən qısa müddətdə sağlamlığına qovuşmasını təmin etməkdir. Sağlam cəmiyyət, yeni nəslin gələcəyi naminə fəaliyyətini davam etdirən həkimlər üçün nə qədər xoş sözlər deyilsə də, yazılsa da, həmişə az olacaq. Bəli, bu gün onların günüdür.

Saytların yığılması Saytlarin yigilmasi

Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dislokasiya olunmuş bölgələrdə yaradılmış hərbi hospitallardan birinə jurnalistlərin səfəri baş tutub.

“Report” sözügedən səfərdən reportajı təqdim edir.

Üçmərtəbəli binadan ibarət xəstəxana ən müasir avadanlıqlarla təchiz olunub və ətraf rayonlardan xəstələr müalicə olunmaq üçün bura gətirilir. 250 çarpayılıq xəstəxanada fizioterapiya və reabilitasiya, oftalmologiya, stomatologiya, dermatologiya, cərrahiyyə, laboratoriya, reanimasiya, təcili tibbi yardım kimi bölmələr fəaliyyət göstərir.

2019-cu ildə, yəni işğal dövründə ginekoloji mərkəz kimi fəaliyyət göstərdiyi deyilən xəstəxana həmin vaxtlar köhnə, sovet dövründən qalmış avadanlıqlarla təchiz olunubmuş. Həkimlər Azərbaycan dövlətinin qısa müddətdə bu cür gözəl yerlərə yaraşan xəstəxananı yenidən qurduğunu və bu binanın sıfırdan təmir edildiyini, müasir avadanlıqlarla təchiz olunduğunu qürurla qeyd edirlər.

Tibb xidməti polkovniki, hərbi hospitalın rəisi İlqar Əliyevlə xəstəxananın fəaliyyəti barədə qısa söhbət aparırıq, bizə tibb ocağının işğaldan azad olunmuş ərazilərdə qurulmuş ən böyük hərbi hospital olduğunu deyir:

“Xəstəxanaya mina partlayışları, havaların isinməsi ilə bağlı dəri-zöhrəvi xəstəliklərdən əziyyət çəkən xəstələr, həmçinin ilan sancmaları, güllə yaraları ilə əlaqədar müraciətlər daxil olur. Bu xəstəliklərin müalicəsi və təcili tibbi yardım üçün xəstəxanada lazımı avadanlıqlar, eyni zamanda tibbi personal və dərman çeşidliliyi mövcuddur”.

Tibb xidməti polkovniki hazırda daha çox ilan sancmaları və istivurma ilə bağlı müraciətlərin olduğunu deyir:

“Bizim hospital hərbçilərimizin tibbi ehtiyaclarını tamamilə ödəyə bilir. Xəstələrin daşınması üçün həm hərbi hissələrdə, həm də xəstəxananın özündə sanitar maşınlar var”-, o qeyd edib.

İ. Əliyev vurğulayıb ki, burada işləmək üçün fədakarlıq lazımdır: “Bəzən iş o qədər çox olur ki, bir tibb işçisi iki nəfərin yerinə çalışmasa iş getmir”.

Bu ilin aprel ayında tərxis olduğunu deyən İlhamə Bəylərova xəstəxanada laborant kimi fəaliyyət göstərir:

“İşğaldan azad olunmuş ərazilərə ezam olunmuş ilk xanımlardanam. Dövlətimizə xəstəxanada bu cür şərait yaratdığı üçün təşəkkür edirəm”.

Tibb xidməti baş leytenantı, terapiya şöbəsinin koordinator həkimi Nuriddin Həsənov xəstələrin terapevtik sahədə stasionar müalicəsini apardığını deyir: “Hazırda mövsümlə əlaqədar xəstə sayı azalıb, gün ərzində 20-30 nəfər arasında dəyişir, bəzənsə 40-45 nəfərə qədər çatır. Hazırda şöbəmizdə anemiya-qan azlığından, ağciyərdən, mədə xəstəliklərindən əziyyət çəkən pasiyentlərimiz də var”.

Həkim xəstəxanada diaqnostik cəhətdən bir qədər darlıq olsa da, əksər müalicə və müayinələrin aparıla bildiyini deyir.

Əsgər Əli İsmayılov mədəsində səpgilərlə bağlı bu xəstəxanada müalicə aldığını deyir:

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button