Dünya

Gizli siyahıya əsasən Türkmənistanda COVID-19-dan 25 min insan ölüb

Loading...

Ölkədə koronavirusun olmadığını iddia edən Orta Asiya dövləti Türkmənistanda pandemiya başlayandan bəri COVID-19-la əlaqəli 25 min ölüm halı qeydə alınıb. Bunu səhiyyə sistemində işləyən bir mənbə gizli siyahıya istinadən bildirir.

Mənbə Azadlıq Radiosuna bildirib ki, “(Koronavirusdan) ölənlərin sayı rəsmi olaraq açıqlanmasa da, bu barədə məlumat hər gün Səhiyyə Nazirliyinə göndərilir”.

Təxminən 6 milyon əhalisi olan keçmiş Sovet Respublikası olan Türkmənistan Cohns Hopkins Universiteti və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən toplanan məlumatların icmalına əsasən, heç bir koronavirus hallarını bildirməyən ən azı beş ölkədən biridir.

Türkmənistandan başqa bu ölkələrə Şimali Koreya və Sakit okeanda təcrid olunmuş ada dövlətlər daxildir.

2006-cı ildən bəri Türkmənistanı idarə edən Qurbanqulu Berdımuxammedov ölkədə COVID-19-un olduğuna dair məlumatları “saxta” adlandıraraq rədd edir. Digər tərəfdən isə o, sentyabr ayında Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı bildirib ki, pandemiya “siyasiləşdirilməməlidir”.

Türkmənistanın səhiyyə sistemindəki mənbə COVID-19-la əlaqəli ölümlərin çox güman ki, 25 mindən daha çox olduğunu bildirir. O bildirir ki, regiondakı məmurlar qorxudu üçün mərkəzə göndərilən rəqəmlərin sayını azaldırlar. O həmçinin deyir ki, Şimal-Şərqi Lebap vilayəti və Cənub-Şərqi Məryəm əyaləti yoluxmaların ən qaynar nöqtələridir.

Baxmayaraq ki, Türkmənistan pandemiyanı inkar edir, koronavirusun ən çox yayıldığı bölgələrdə ciddi məhdudiyyətlər tətbiq edilir.

Digər tərfədən isə paytaxt Aşqabadda 18 yaşdan yuxarı bütün sakinlər üçün icbari peyvənd tələbi qoyulub. Qazla zəngin ölkə vaksinləri əsasən Rusiya və Çindən alıb.

Türkmənistanın Helsinki Fondu, Türkmənistan Demokratik Sivil Birliyi, Türkmənistanın Müstəqil Hüquqşünaslar Assosiyasiyası, Türkmənistanın İnsan Haqları üzrə təşəbbüs qrupu və onlayn qəzet olan Turkmen.News ölkədə epidemioloji vəziyyətin koronavirusun yayılması səbəbindən kəskin olduğunu bildirir.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button