2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gömrük generalı haqda məlumat dəqiqləşdirildi

rrÖtən günlərdə bir sıra mətbuat orqanlarında Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovla bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda 20 ildən artıqdır ki, Dövlət Gömrük Komitəsində çalışan General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun tərcümeyi halından bəzi məqamlar qabardılmış və onun ali təhsili ilə bağlı məsələlər oxucuya qərəzli şəkildə təqdim edilmişdi. Bildirək ki, bu məlumatlar cumhuriyyet.az tərəfindən də yayınlanmışdı. Sonradan məsələlərə aydınlıq gətirilmiş və iddiaların həqiqəti əks etdirmədiyi əsas tutularaq həmin məlumatlar cumhuriyyet.az saytından götürülmüşdür.
Eyni zamanda həmin yanlış məlumatlarda göstərilmişdi ki, guya General-leytenent N.Məmmədovun ali təhsili ilə bağlı həmin yazı yayıldıqdan sonra Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində dəyişiklik edilmişdir. Biz cumhuriyyet.az olaraq bu məsələ ilə bağlı da araşdırma apardıq və internetdə google axtarış sistemində ortaya çıxan media məlumatlarında hətta 5 il öncəyə aid məlumatıar Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində hazırda yer alan məlumatlar kimidir. Heç bir vaxt heç bir dəyişiklik edilməyən həmin məlumatları diqqətinizə çatdırırıq: “N.Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olub. 1999-cu ildə “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin 28 dekabrından Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir”. Yəni həqiqət bu qədər bəsitdir. Yekunda bir daha onu bildirək ki, cumhuriyyey.az olaraq N.Məmmədov haqda dərc etdiyimiz məlumatların həqiqəti əks etdirmədiyini araşdırdıqdan sonra bu yazıları saytdan götürülmüşdür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button