Loading...
Loading...
Texnologiya

Google şirkətinin ilk smart saatının prototipinin real fotoları təqdim edilib

    Keçən həftə məlum oldu ki, Google şirkəti Pixel Watch adlı ticarət nişanını qeydiyyatdan keçirdib. Şirkət sözügedən ticarət nişanı altında ilk smart saatını təqdim etməyi planlaşdırır. İndi isə Pixel Watch-un prototipi güman edilən smart saatın real fotoları internetdə ortaya çıxıb. Verilmiş məlumata əsasən sözügedən cihaz ABŞ-dakı restoranlardan birində aşkar edilib. Çox güman ki, cihazın əsl sahibi onu həmin restoranda sadəcə olaraq unudub. Təqdim edilmiş fotolarda minimalistik dizayna sahib cihaz əks olunub.

    Cihaz dairəvi formalı ekrana və kiçik ölçülü çərçivələrə sahibdir. Bununla yanaşı smart saatın prototipinin gövdəsində hərəkətli çarx, bir ədəd fiziki düymə və mikrofonu xatırladan hansısa sistem yerləşdirilib. Smart saatın arxa panelində isə ürək döyüntülərinin ölçülməsi üçün nəzərdə tutulmuş sensor mövcuddur. Smart saat üçün əlavə olaraq silikon materialdan hazırlanmış kəmər də nəzərdə tutulub və həmin kəmər saatın gövdəsinə bərkidicilər vasitəsilə birləşdirilir. Ümumilikdə isə həmin kəmər Fitbit Versa Sense adlı smart saatlarda istifadə edilən kəmərlərə bənzəyir.

    Təəssüflər olsun ki, aşkar edilmiş bu cihazda istifadəçi interfeysi yüklənmir. Smart saatı aktivləşdirmək cəhdi zamanı onun ekranında Google şirkətinin loqosu əmələ gəlir, lakin istifadəçi interfeysinin yüklənməsi baş vermir. Güman olunur ki, Google şirkətinin ilk smart saat modeli Wear OS 3.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Hal hazırda Pixel Watch barəsində digər bir məlumat yoxdur. Ola bilər ki, Google öz ilk smart saatını gələn ay keçiriləcək Google I/O 2022 konfransında təqdim etsin.

24 saat” “Google şirkətinin ilk smart saatının prototipinin real fotoları təqdim edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Google Glass əsaslı təkmilləşdirilmiş smart eynəklər görmə problemi yaşayan insanlara yardımçı olurlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button