2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Göyərti satan azərbaycanlı fransız aristokrat ailəni yasa batırdı

Azərbaycanlı göyərti satan oğlan bütün Rusiya və Fransada səs-küyə səbəb olan cinayət törədib. Moskva şəhərində onun tacik dostu ilə törətdiyi cinayət Fransanın adlı-sanlı ailəsini yasa batırıb.

Onlar cinayəti törədərkən taksi sürücüsü rolunda olublar. Artıq taksi sürücüsü və onun əlbir olduğu şəxs tutulub. İki fransız oğlan və bir ingilis qızın necə onların avtomobilinə əyləşdiyi müşahidə kameralarına düşüb. Müştərilər taksiyə əyləşir, lakin taksi sürücüləri onları ünvana çatdırmır və onlanlardan biri ölür.

Əslən Şəki rayonundan olan taksi sürücüsü Nurlan Rəsulov və onunla əlbir olan Fader Babayev tutulandan sonra etiraf ediblər ki, həqiqətən də, paytaxta gecə klubunun içkili ziyarətçilərindən kimsəni içirtmək və soymaq məqsədilə gəliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayətin qurbanı olan 21 yaşlı Nikolas Lazarefin ölümü təkcə Moskvada deyil, həm də Fransada səs-küy, böyük ictimai rezonans yaradıb. O, aristokrat ailədəndir, anası həm idmançı, həm də yazıçıdır. Lakin onların bir tərəfi rus əsillidir və Moskvada onların qohumları yaşayırdı. Nikolas hər il qohumlarının yanına qonaq gəlirdi, onun anası Fiona Lazareff artıq sosial şəbəkədə oğlunun faciəvi şəkildə öldüyünü bildirib.

Nikolas həmin gün qardaşı Aleks və rəfiqəsi Tatyana ilə onun paytaxta gəlişini qeyd edirdilər, əvvəlcə evdə qeyd ediblər, sonra isə Turgenevski meydanındakı gecə klublarından birinə gediblər. Səhər saat 4-ə kimi orada olublar, sonra isə evlərinə getmək qərarına gəliblər, nədənsə rəsmi taksi xidmətindən deyil, qeyri-rəsmi taksi xidmətindən istifadə etmək qərarına gəliblər.

Müşahidə kameralarına onların gecə klubundan necə çıxıb xarici markalı avtomobilə minməsi düşüb. Avtomobildən sonra nə baş verdiyini isə polis bölməsində dindirilərkən Tatyana danışıb. Taksi sürücüləri onları mümkün qədər tez və münasib qiymətə evə çatdıracaqlarını bildiriblər. Onlar klubun binasından uzaqlaşan kimi, taksi sürücüsü və onun dostu müştərilərə bildirib ki, onlardan birinin bu gün ad günüdür və o müştərilərə sağlıqları üçün içməyi təklif edib.

Nikolas və qardaşı Aleks razılaşıb içiblər və təxminən 5-7 dəq sonra huşlarını itirdilər. Tatyana içmək təklifini qəbul etməyib, buna görə də taksi sürücüsü ona tapançaya oxşar predmetlə hədə-qorxu gəlməyə başlayıb. Lakin qız çox qorxub və bütün üzərindəkı zinət əşyaları, pul və mobil telefonunu onlara verib. Onlar oğlanların da üzərində olan hər şeyi götürüblər, onları uzaq bir meşəyə aparıb orada atıb qaçdılar.

Lakin bir sual müəmma doğurur ki, Tatyana Alekslə necə olub oradan çıxıblar amma qardaşı Nikolası götürməyiblər? Qız qeyd edir ki, onlar təşviş içində olublar, qaranlıqda soyuqda Nikolası tapa bilməyiblər, ona görə də taksi tutub şəhərə qayıdıblar. Şəhərə gələn kimi onlar polisə müraciət ediblər. Nikolasa axtarış veriblər. Lakin təəssüflər olsun ki, tələbəni 2 sutka sonra donub ölmüş vəziyyətdə tapıblar. Fakt üzrə cinayət işi başlanıb.

Nikolas Mançestr universitetini bitirib, 2011-ci ildə bacısı Natalya ilə Rusiyaya gəlib, könüllü kimi bir çox işlər görüb, qocalara, yetim uşaqlara kömək edib. Atası fransız biznesmendir.

Moskvada yaşayan azərbaycanlıların criminal.az-a verdiyi məlumata görə, N.Rəsulov, əslində, taksi sürücüsü deyil. O, azərbaycanlı biznesmen və hüquqşünas İlham Rəhimovun şəriki olduğu ”Sodovod” bazarında göyərti satırmış. Hətta o, həbs olunandan sonra anası bazara gələrək oğlunun günahsız olduğunu deyib və pul toplamaq istəyib. Lakin azərbaycanlılar onun sözlərini qəbul etməyərək pul verməkdən imtina ediblər.

 

 

criminal.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button