2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

GUAM-ın sammiti başa çatıb

Bu gün, martın 27-də Ukraynanın paytaxtı Kiyevdə GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) ölkələrinin hökumət başçılarının sammiti keçirilib.

Sammitdə Azərbaycan baş nazirinin müavini İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Toplantıda əsas müzakirə mövzuları qurum çərçivəsində əməkdaşlığın daha səmərəli fazaya keçirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi olub.

Buna da bax:​ GUAM çərçivəsində regional əməkdaşlıq canlandırılır

Açılış çıxışı zamanı Ukraynanın baş naziri Volodymyr Groysman əsasən, iqtisadi əlaqələr üzərində dayanıb. O, ölkəsinin GUAM çərçivəsində nəqliyyat əməkdaşlığını inkişaf etdirmək niyyətini ifadə edib.

Baş nazir GUAM çərçivəsində reallaşdırılması mümkün, ancaq, hələ də qurulmamış ticarət sahələrinin olduğunu deyib.

Sammitin yekununda GUAM ölkələrinin Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəlinib. Üzvlər müvafiq protokolu razılaşdıraraq, imzalayıblar.

GUAM ölkələri onların dövlət sərhədindən keçəcək bəzi məhsul və nəqliyyat vasitələrinə eyni gömrük prosedurlarının tətbiqi barədə protokolu da razılaşdırıblar.

Buna da bax:​ Visegrad qrupu Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir

Birgə bəyanat imzalanıb

Sammitin yekunu olaraq üzv ölkələr birgə bəyanatla da çıxış ediblər.

Bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi yer verilib.

GUAM münaqişələrin davam etməsindən narahatlığını ifadə edir. Bu münaqişələrin üzv ölkələrin davamlı inkişafına maneə olduğunu vurğulayır.

Sənəddə qeyd olunur ki, GUAM məkanındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında çözülməlidir. GUAM bu istiqamətdəki səylərini davam etdirəcək.

Buna da bax:​ «Bəzi ölkələr GUAM-a mane olmaq istəyirlər»

Xatırlatma

GUAM – Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-u Strasburqda əsasını qoyduqları birlik kimi fəaliyyətə başlayıb.

Prezidentlərin imzaladığı sənəddə birliyin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlıq formatında yaradıldığı bəyan edilirdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button