2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

GUAM Parlament Assambletyasına sədrlik Ukraynadan Azərbaycan keçib

Bakı/11.01.24\Turan: Yanvarın 11-də videokonfrans formatında Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM Parlament Assambleyasının komitələrinin 6-cı birgə iclası, Bürosunun 18-ci iclası və qurumun 16-cı sessiyası keçirilib.

Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tədbirdə GUAM məkanında hərbi və təhlükəsizlik sahəsində son vəziyyət, üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq, üzv dövlətlərin iqtisadi, humanitar davamlılığına və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlmiş parlament fəaliyyəti və bir sıra digər məsələlərə baxılıb. Deputatlar həmçinin GUAM ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

GUAM Parlament Assambleyasının 16-cı sessiyasında da ölkələrin suverenliyi və ərazi bütövlüyü, parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elnur Allahverdiyev “Dünya nizamının, suverenliyin və ərazi bütövlüyünün bərpası GUAM-a üzv dövlətlərin ali məqsədi kimi” mövzusunda çıxış edib.

Tədbirdə GUAM PA-nın 16-cı sessiyasının yekun sənədi olaraq Kommünike qəbul olunub.

Sessiyada GUAM PA-ya sədrlik Ukraynadan Azərbaycana keçib.-03-

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button