2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gürcüstan azərbaycanlısı: Avropa İttifaqına üzvlük “qoynunda bomba gəzdirməkdir”

O, etnik azərbaycanlıların yaşadığı bölgələrə gedərək onların fikirlərini öyrənib.

Xüsusən də orta və yaşlı nəsil Gürcüstanın Avropa İttifaqına yaxınlaşmasının Rusiyanı qəzəbləndirəcəyindən narahat olduqlarını dilə gətirirdilər.

Saytların yığılması Saytlarin yigilmasi

“Ukraynada baş verənləri görmürsünüzmü? Bu bizə lazımdırmı?” – Marneuli sakini Leyla xanım sualımıza kinayə ilə cavab verir.

Adını açıqlamaq istəməyən başqa bir Marneuli sakini Rusiyanın Gürcüstanın Aİ-yə üzvlük yolunda irəliləməsinə imkan verməyəcəyini deyərək bunu “qoynunda bomba gəzdirmək” kimi qiymətləndirir.

Tbilisidə mənzillənən Qafqaz Tədqiqat Resurs Mərkəzinin ABŞ-ın Milli Demokratiya İnstitutunun maliyyə dəstəyilə apardığı və 2023-cü ilin dekabr ayında dərc etdiyi sorğunun nəticələrinə görə, paytaxt Tbilisidə insanlar ölkənin Avropa İttifaqı və ABŞ ilə siyasi və iqtisadi əlaqələrinin güclənməsini dəstəkləyir.

Amma sorğunun nəticələrinə görə, etnik zərbaycanlıların üstünlük təşkil etdiyi Kvemo-Kartli və etnik ermənilərin üstünlük təşkil etdiyi Samtsxe-Cavaxetiya bölgələrində yaşayanlar daha çox Azərbaycan, Türkiyə və Rusiya ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.

Sorğuya görə, bu bölgələrdə yaşayan əhalinin 20 faizi Gürcüstanın Aİ və NATO-ya inteqrasiyasından daha çox faydalanacağı fikrini dəstəkləyir, 28 faizi isə Rusiya ilə yaxşı münasibətlər üçün Aİ və NATO inteqrasiyasından imtina etməyin daha yaxşı olacağını düşünür.

Etnik azlıqların 41 faizi suala “bilmirəm” cavabını verməyə üstünlük verib.

İlya Dövlət Universitetinin tələbəsi Pərvin İsmayılov isə Gürcüstana namizəd statusunun verilməsini alqışlayır:

“Avropa İttifaqına üzv olan ölkələr güclü və qabaqcıl ölkələrdir. Gürcüstanın bu ölkələr sırasında olması bizim gələcəyimiz üçün yaxşı olar”.

Universitet xərclərini ödəmək üçün marketdə işləyən Pərvin İsmayılov Avropa İttifaqına üzvlüklə bağlı aparılan islahatlar sayəsində gənclər üçün iş imkanlarının yaradılacağına inandığını bildirir.

Namizəd statusu əldə etmək üçün Gürcüstan depolarizasiya ilə mübarizə, seçki islahatları, ədliyyə sistemində islahatlar, azlıqların hüquqlarının müdafiəsi, gender bərabərliyi daxil olmaqla 12 siyasi şərti yerinə yetirməli idi.

2023-cü ilin iyununda dərc olunan hesabatında Avropa Komissiyası Gürcüstan hökumətinin bu 12 şərtdən yalnız üçünü yerinə yetirdiyini bildirib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button