Now Reading:
Həbsdəki üsyankar müstəntiqdən xəbər var

Həbsdəki üsyankar müstəntiqdən xəbər var

Ölkədə insan haqlarının pozulmasına, qanunsuzluqlara etiraz olaraq, 2015-ci ilin dekabrında Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən və bundan dərhal sonra həbs olunan Rüfət Səfərovun müdafiəsinə daha bir vəkil qoşulub. Vəkil Fariz Namazlı da onun hüquqlarını müdafiə edəcək.

Fariz Namazlı mayın 18-də Rüfət Səfərovun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Vəkilin verdiyi məlumata keçmiş müstəntiq durumunun normal olduğunu bildirib. “Saxlanma şəraiti və səhhəti normaldır. Əhval-ruhiyyəsi yaxşıdır. Ali Məhkəməyə hazırlaşır”, – deyə vəkil bildirib.

Rüfət Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Rüfət Səfərov rüşvət almaqda ittiham olunur. Rüfət Səfərov isə ittihamları rədd edir, hökuməti tənqid etdiyinə görə sifarişlə cəzalandırıldığını bildirir. Bir çox ekspertlər də hüquq-mühafizə orqanlarındakı narazı kəsimin gözünü qorxutmaq üçün Rüfət Səfərovun bu şəkildə cəzalandırıldığını düşünür.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.