Loading...
Loading...
SEÇMƏ

Hərbi hissə komandiri minaya düşüb

Yayımlandı: 26 İyul 2022 21:23

Hadisə Kəlbəcər rayonunda baş verib

Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri, polkovnik Vüqar İsbəndiyarov minaya düşərək ağır xəsarət alıb. Hadisə iyulun 26-da Kəlbəcər rayonunun Cəmilli kəndi ərazisində baş verib.

Polkovnik dərhal yaxınlıqda yerləşən tibb müəssisəsinə çatdırılıb.

Hərbi Prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirib. Məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb.

Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12 (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir”, – prokurorluğun məlumatında bildirilir.

Meydan TV

Gözdən qaçırmayın:  Keçmiş hakim həbs olunub (yenilənib)

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button