2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdə olan jurnalistlə bağlı istintaq aparılmır

Elçin İsmayılla ilə bağlı istintaq hərəkəti aparılmır. Bunu azadliq.info-ya jurnalistin vəkili Elçin Sadıqov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə pul tələb etmə)  təqsirli bilinib barəsində cinayət işi başlanıb. Amma onun  işi hazırda istintaqı yekunlaşmaq üzrə olan “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işinə birləşdirilib. İttiham olunduğu maddə ilə bağlı Elçin İsmayıllı ilə istintaq hərəkəti aparılmayıb. Yalnız ondan  “Azadliq” qəzeti ilə  əlaqələri barədə soruşulub”,- deyə vəkil bildirib.

Elçin İsmayıllı “Azadliq” qəzetinin bölgə müxbiri olmaqla yanaşı AXCP Ali Məclisinin üzvüdür. Həmçinin təsisçisi olduğu kend.info saytının baş redaktoru olub. Onun həbsinin  səbəbi kimi mətbuatda İsmayıllı rayonundan gedən tənqidi yazılar göstərilir. Həbs olunmazdan əvvəl jurnalist həbsinə hazırlıq getdiyi barədə ictimaiyyəti media vasitəsi ilə məlumatlandırmışdı.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button