2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbslər davam edə bilər – X.İsmayıl

Həbslər davam edə bilər, bu barədə Turan-a Toplum TV nəşrinin baş redaktoru Xədicə İsmayıl martın 8-də bu media-platformanın təsisçisi Ələsgər Məmmədli və fəal Ruslan İzzətlinin saxlanılmasını şərh edərkən bildirib.

O, qeyd edib ki, həm Toplum TV-də, həm də Demokratik Təşəbbüslər İnstitutunda axtarış və həbslər aparılıb.

“Toplum TV”dən Fərid İsmayılov, Müşfiq Cabbarov, Elmir Abbasov və Ələsgər Məmmədli saxlanılıb. (Martın 8-də məhkəmə Cabbarı 4 ay müddətinə həbs edib, İsmayılov və Abbasov polis nəzarəti altında sərbəst buraxılıb, Məmmədli şübhəli şəxs statusundadır).

Saytların yığılması Saytlarin yigilmasi

Demokratik Təşəbbüslər İnstitutundan Əli Zeynal (o, həm də Toplum TV-nin əməkdaşlarına video montaj təlimləri keçirdi), Akif Qurbanov, İlkin Əmrahov, Ramil Babayev və indi Ruslan İzzətli saxlanılıb. İsmayılova hesab edir ki, həbslər davam edə bilər.

“Bu təkrar olunan mənzərədir. 2013-cü ildən başlayaraq repressiv dalğalar davam edir. Amma 2014-cü ildəki həbslərdən fərq var. Məsələn, 2014-cü ildə Azadlıq radiosunda bu baş verəndə, orada həbs olunan tək mən idim. Qalanlarını rahat buraxmışdılar. İndi hamını tutublar mən qalmışam”, deyə İsmayılova sözünə davam edib.

Onun fikrincə, həbslərin məqsədi media kanallarının, istər Abzas Media olsun, istər Toplum TV olsun, bunların işlərini bərpa edə bilməməsidir.

“Yəni, məqsəd budur. Ölkədə heç bir azad media qalmasın. Bu, mənə olduqca məntiqsiz siyatət kimi gəlir. Çünki əslində biz ölkədəki repressiv siyasəti göz ardına alıb normal ölkədəymişik kimi normal jurnalistika fəaliyyəti ilə məşğul olmaq istəyirdik. Amma hökumət dedi ki, illuziyalara qapılmayın, bura hüquqi dövlət deyil, bura normal ölkə deyil. Burada azad media ola bilməz”, deyə Xədicə İsmayıl qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button