2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həmkarlar İttifaqı fəalı Afiyəddin Məmmədova qarşı ittihamlar ağırlaşdırılıb

Bakı/27.12.23/Turan: İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədovun barəsində ibtidai istintaq başa çatıb və  ittihamlar ağırlaşdırılıb. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.

Məmmədov sentyabrın 20-də naməlum şəxs tərəfindən hücuma məruz qaldıqdan sonra öz evinin yaxınlığında saxlanılıb. Lakin Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər.

Sentyabrın 21-də axşam Xətai Rayon Məhkəməsi Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.

Saytların yığılması Saytlarin yigilmasi

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Həmin maddələr üzrə onu 8 ilədək həbs təhlükəsi gözləyirdi.

İstintaqın nəticələrinə əsasən, fəala qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri üzrə  ittiham irəli sürülüb.

Hazırda onu gözləyən həbs cəzasının müddəti 11 ilə qədər artıb.

Məmmədov ittihamları rədd edir və onları özünün ictimai və Həmkarlar İttifaqındakı fəaliyyətilə əlaqələndirir.

Afiyəddin Məmmədov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.—21C06-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button