2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hərbi hissələrdəki mənimsəməyə görə məhkəmə başlayır

Yaxın günlərdə Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin tabeliyindəki bir neçə hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin məhkəməsi başlayacaq. 

Toplum TV xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və artıq məhkəməyə verilib. Bu iş üzrə hakim də təyin olunub. Cinayət işinin materialları hakim Camal Ramazanovun icraatına verilib. Məhkəmədən Toplum TV-yə bildirilib ki, martın 11-də bu iş üzrə hazırlıq iclası keçiriləcək. 

Sadiq Hacıyev Maliyyə Nazirltiyi tərəfindən Müdafiə Nazirliyin taveliyindəki hərbi hissələrdə apardığı yoxlamalardan sonra həbs olunub. Nazirliyin yoxlamaları zamanı hərbi hissələrdə 1 milyon 500 min manatlıq mənimsəmə faktları aşkar edilib. Sadiq Hacıyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. 

Saytların yığılması Saytlarin yigilmasi

Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. Söhbət tenderlərlə 143 milyon manatın mənimsənilməsi ilə bağlı cinayət işi üzrə digər məhkəmə zalında keçirilən Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin rəisi general Nizami Məmmədovun, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımovun, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramovun və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadənin məhkəməsindən gedir. Eyni iş üzrə Sadiq Hacıyevin işi başqa icraatda aparılıb və o, məhkəmə qarşısına indi çıxarılır. 

Ona verilən ittihama görə, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, hələ general Nizami Məmmədovun məhkəməsində şahid ifadəsi verərkən bildirmişdi ki, qanunsuz tapşırıqları işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən alıb: “Mən özbaşına qanunsuzluq etməmişəm. 1 milyondan çox vəsaiti mənimsədiyim iddia olunur. Bu rəqəmlə razı deyiləm. Çünki bu qədər pulu görməmişəm. Maliyyə sənədləri məhv edilib, təəssüf ki, bunu yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Evini, maşınımı satışa qoymuşam. Hələ ki, satış baş tutmayıb deyə, ziyanı ödəyə bilmirəm”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button