Dünya

Haaqa prokuroru Əfqanıstandakı müharibə cinayətləri ilə bağlı araşdırmaların bərpasına çalışır

Loading...

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru bazar ertəsi tribunaldan Taliban və İslam Dövləti-Xorasanın Əfqanıstanda törətdiyi hərbi cinayətlərlə bağlı araşdırmaların bərpa edilməsini istəyib.

ICC 15 ildir müharibə gedən Əfqanıstanda bu qruplaşmaların cinayətlərini araşdırırdı. Lakin keşən ay hökumətin nəzarəti Talibanın əlinə keçməzdən ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti araşdırmaları özü aparacağını deyərək, Haaqanın araşdırmalarını dayandırıb.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ayrı-ayrı üzv ölkələrin öz araşdırmalarını apara bilməyən və ya istəmədikdə müharibə cinayətləri araşdırmaları üçün ən son distansiyadır. ICC-nin yeni prokuroru Kərim Xan beynəlxalq səviyyədə tanınan Kabil hökumətinin süquta uğramasından sonra “əhəmiyyətli dəyişikliklər” baş verdiyini deyib.

“Məsələləri diqqətlə araşdırdıqdan sonra belə qənaətə gəldim ki, hazırda Əfqanıstanda həqiqi və effektiv daxili araşdırmaların perspektivi yoxdur” – deyə, Xan bildirib.

ICC hakimləri indi Xanın tələbinə baxacaq. Müstəntiqlər münaqişə tərəflərinin cinayət iddialarını araşdırır. Buraya ABŞ qüvvələri, Əfqanıstanın hökumət qüvvələri və Taliban döyüşçüləri də daxildir.

Xan araşdırmaların Əfqanıstanda fəaliyyət göstərən İslam Dövləti terror qruplaşmasının qolu olan İslam Dövləti-Xorasan (IS-K) və Talibanın cinayətlərinə yönəldilməsini və ABŞ qüvvələrinin cinayətlərinə dair iddiaları “deprioritetləşdirilməsini” istədiyini deyib.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru avqustun 26-da İslam Dövləti-Xorasan tərəfindən törədildiyi iddia edilən 13-ü ABŞ əsgəri olmaqla, 100-dən çox insanın ölümünə səbəb olan Kabil hava limanındakı hücum da araşdırılacağını bildirib.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button