2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hadı Rəcəbli: ‘Müavinətlərin artırılması təklifi populizmdir’

“Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə birdəfəlik yardımların artırılması barədə deputat həmkarlarının təklifini şərh edərkən belə deyib.

Komitə sədri Modern.az-a açıqlamasında birdəfəlik müavinətin 10 dəfə artırılması təklifini “mümkünsüz” adlandırıb

Saytların yığılması Saytlarin yigilmasi

“11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır”.

Hadı Rəcəbli ölkə büdcəsinin azlığından da şikayətlənib.

“2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır. Onların büdcədən xəbərləri yoxdur. Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək, onun heç olmasa ən azı 50 faizini verək. Sağlamlığını itirən, minaya düşənlər də deyəcək ki, bizə də 100 min manat verin. Mən onlardan yaxşı bilirəm. Belə fikirlər yalnız populizmdir. Mümkün deyil”…

1997-ci ilin mayında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qəbul edilib. Bu qanunda ərazi bütövlüyü uğrunda döyüşlərdə ölən və yaralanan insanlara sığorta pulun verilməsi barədə maddə var. Həmin qanuna görə, sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə pul ödənməlidir. 2013-cü ildə qanuna dəyişiklik edilib və bu bütün dövrü əhatə edib. 2006-cı ildə həlak olanların ailələrinə verilən sığorta haqqı 11 min manata qaldırılıb. Birinci qrup Qarabağ əlilinə 8800 manat, ikinci qrupa 6600 manat, üçüncü qrupa isə 4400 manat sığorta pulu müəyyənləşdirilib.

Ancaq bu pullar hələ də verilməyib. Qarabağ əlilləri deyir ki, ölkəyə böyük neft pulları gələn vaxt sığorta pulları yada düşməyib. İndi çətin verilsin. Bəzi Qarabağ əlilləri də manatın devalvasiyasını nəzərə alaraq sığorta pulunun artırılmasını tələb edirlər.

Azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button