2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hafiz Babalının həbs müddəti 3 ay uzadılıb

Bu gün Bakının Xətai Rayon Məhkəməsi Abzas Media-nın işi çərçivəsində həbs olunmuş Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz babalının ilkin həbs müddətini 3 ay uzadıb.

Onun vəkili Rəsul Cəfərovun Turan-a verdiyi məlumata görə, həbs müddətinin uzadılması əsassızdır və Babalının həbsdə saxlanılması üçün maddi və prosessual əsas yoxdur.

İstintaq hələ də Babalının təqsirinin sübutunu təqdim etməyib, onun azadlıqda olduğu təqdirdə istintaqdan yayına biləcəyi haqqında iddialar isə subyektivdir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz istintaqın araşdırmanı davam etdirmək üçün vaxta ehtiyacı varsa, Babalının ev dustaqlığına keçirilməsi haqqında qarşı vəsatət qaldırdıq. Babalının sağlamlıq vəziyyətini də nəzərə almağı xahiş etdik. Onun bir gözü cəmi 30 faiz görür, o, 3-cü qrup əlildir. Digər gözü də pis görür. Lakin məhkəmə vəsatətimizi təmin etməyib və həbs müddətini iyunun 13-nə qədər uzadıb”, deyə vəkil qeyd edib.

Babalı özü “qaçaqmalçılıq” ittihamlarını təkzib edib, jurnalist araşdırmalarına görə təqib olunduğunu bildirib.

* Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. O, məhkəmənin qərarı ilə üç ay müddətinə həbs edilib. Babalı “Abzas Medianın işi” üzrə istintaqa cəlb edilib.

Beynəlxalq təşkilatlar Babalının həbsini pisləyib və onu azad etməyə çağırıb.

 

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button