Now Reading:
“Hakimiyyət əleyhinə yazdığım statuslarla bağlı xəbərdarlıq edildi”

“Hakimiyyət əleyhinə yazdığım statuslarla bağlı xəbərdarlıq edildi”

Yadigar Sadıqlı: “Müsavatçı Lənkəran Polis Şöbəsinə çağırılıb”

Noyabrın 1-də Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı Lənkəran Şəhər Polis Şöbəsinə çağırılıb.

Bu barədə Meydan TV-yə onun özü məlumat verib. Onu Lənkəran Şəhər Polis Şöbəsinin rəis müavini Faiq İlyasov qəbul edib.

Onun sözlərinə görə, çağrılmasının əsas səbəbi “Facebook”da hakimiyyət əleyhinə yazdığı statuslarla bağlı olub:

“Rəis müavini açıq şəkildə bildirdi ki, Əliyevlərdən başqa kimin haqqında istəyirsən yaz, amma indiki və keçmiş prezident barəsində yazma. 5-6 ay əvvəl də belə bir çağırış olmuşdu, yenə də statuslarımla bağlıydı”.

Yadigar Sadıqlı 2013-cü ilin iyununda həbs olunub.

O, Qarabağ veteranı Rəşid Kərimovu döyməkdə günahlandırılıb və CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib.

2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Yadigar Sadıqlı ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib.

Beynəlxalq İnsan haqları təşkilatı “Amnesty International” onu “vicdan məhbusu” kimi tanıyıb.

2016-cı il martın 17-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Input your search keywords and press Enter.