2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hakimiyyət AXCP-yə qarşı repressiya taktikasını dəyişib

Neftçalada iki, Masallıda bir müəllim, həmçinin Azərsu ASC-nin bir işçisi “AXCP üzvü olduqları” üçün işdən çıxarıldıqlarını deyirlər.
Onlar deyirlər ki, Milli Şuranın 8 aprel, 2017 etiraz nümayişinə getdikləri barədə iş yerlərində sorğulanıblar və onlara AXCP üzvülüyündən çıxmaq təklif olunub.
BBC Azərbaycancaya danışan müəllimlər bununla bağlı məhkəməyə müraciət edəcəklərini deyirlər, keçmiş Azərsu ASC işçisi isə bu barədə hələ qərar verməyib.
Masallı rayon təhsil şöbəsi isə bu iddianı təkzib edir və bildirir ki, həmin müəllimin əmək müqaviləsinə “dəfələrlə nizam-intizamı pozduğuna və əmək funksiyalarını yerinə yetirmədiyinə görə pedaqoji şuranın qərarı ilə xitam verilib”.
“Lazım gəlsə Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik”, müəllimlər deyib.
Neftçala rayonlarının təhsil şöbəsindən və Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.
Azərsu ASC-nin mətbuat xidməti isə deyir ki, şəxs “öz ərizəsi ilə işdən ayrılıb”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button