2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Hakimiyyət FACEBOOK sahibi Zukerberqin adından necə şaiyə yaydı? – TƏFSİLAT

Azərbaycan KİV-i Mark Zukerberqin adından açıqlama yayıb. “Facebook” sosial şəbəkəsinin qurucusunun saxta profillərin bağlanacağını bildirdiyi xəbər verilib.

24saat.org xəbərin mənbəyini araşdırıb və məlumatın yerli mətbəxdə hazırlandığı üzə çıxıb.  Belə ki, Zukerberqin belə bir açıqlama vermədiyi, sadəcə hakimiyyət tərəfindən sızdırılmış blef olduğu aydınlaşıb.

Bununla məqsəd cəmiyyətdə xof yaratmaq və saxta pofil istifadəçilərinin gözünü qorxutmaq olub. Eyni zamanda saxta profil açanların qarşısını almağa hədəflənib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin “Facebook” sosial şəbəkəsinin qurucusu belə bir bəyanatla çıxış etməyib və hakimiyyətə yaxın KİV-lərdə yayılan bu məlumat yalandır. Facebook-un qurucusu Mark Zukemberg sosial şəbəkədə yayılan saxta xəbərlərə qarşı savaş açdıqlarını bildirib.  Buna səbə isə Amerikada keçirilən son prezident seçkiləri ərəfəsində facebookda yayılan bəzi yalan xəbərlərin səsvermənin nəticəsinə təsir etdiyi barədə səslənən iddialar olub.

Doğrudur, dünyanın hər yerində və eləcə də Azərbaycanda saxta profil istifadəçiləri var. Onların heç də hamısı qanundan kənar işlər görmür.

Əgər həmin profilərdən terrora çağırış, dini, irqi ayrı-seçkilik yaradan, iğtişaşlara səsləyən fikirlər olarsa müvafiq tədbi görülə bilər. Bu da onsuz da qanunvericilikdə var. Saxta profillərin qapadılması isə hələ ki Zukerberq tərəfindən nəzərdə tutulmayıb.

24saat.org xatırladır ki, sadəcə, Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.

Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir. Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır.

“Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir.

Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”, – deyə Z. Qaralov qeyd edib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button