2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Hakimiyyətin paşayevlərə keçməsi elə də asan olmayacaq’ [video]

Prezident Administrasiyanın strukturu ilə bağlı axırıncı dəyişikliyi təhlil edənlər bir məqamın üzərində dayanırlar.

Əvvəllər şöbə müdirləri yalnız administrasiyanın rəhbəri Ramiz Mehdiyevə tabe idilərsə, iyunun 1-də verilən qərarla onlar həm də prezidentin köməkçisidirlər və həm də prezidentə tabedirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlilçilər bunun hakimiyyət daxilində qruplaşma prosesinin tərkibi, başqa sözlə, Ramiz Mehdiyevin təsir dairəsinin qismən də olsa, zəiflədilməsi kimi izah edirlər.

Məsələn, Azərbaycan Respublikasının Avropa Şurası yanındakı Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov bu barədə deyir:

“İndiyə qədər onlar həm də Prezident Aparatının rəhbərinə məruzələr edirdilər. Artıq buna ehtiyac yoxdur, artıq bu insanlar birbaşa öz sahələri üzrə məlumatları prezidentə verə bilərlər. İndi administrasiyanın rəhbəri təlimat verəndə, prezidentin köməkçisi deyə bilər ki, mən prezidentin tabeliyindəyəm”.

Bəzi insanların bu strukturda vəzifələri ixtisara salınıb, yerdə qalanlar isə eyni insanlardır.

Yeni dəyişikliklərdə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Onun müavinləri postları yeni sərəncamda yoxdur. Əvvəlki müavinlər indi prezidentin köməkçisi təyin olunublar. Əvvəllər prezidentin 2 köməkçisi var idisə, indi 10 köməkçisi olacaq.

Beləliklə:

  • Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi: şöbə müdiri Fuad Ələsgərov;
  • Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Novruz Məmmədov;
  • Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Həsənov;
  • Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Əsədov;
  • Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri: Natiq Əmirov;
  • Prezident Katibliyinin rəisi – prezidentin köməkçisi: Dilarə Seyidzadə;
  • Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri: Azər Əmiraslanov;
  • Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi – şöbə müdiri: Zeynal Nağdəliyev;
  • Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri: Yusuf Məmmədəliyev və birinci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənov təyin olunub.

Yusuf Məmmədəliyev Administrasiyada yeni addır. Yerli media, o cümlədən, virtualaz.org onun Heydər Əliyev Fondunun keçmiş əməkdaşı olduğunu yazır.

“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev deyir ki, bütünlükdə ölkə idarəçiliyində yeni komandanın formalaşması gedir. Özü də Mehriban Əliyevanın ətrafında:

“Bu dəyişikliklər təkcə rəsmi dairələrdə baş vermir, həm də biznes dairələrində baş verir. “Paşa holdinq” və sairə yeni adamlar gətirilir. Onlar sınaqdan çıxarılandan sonra dövlət strukturlarına gətirilə bilərlər”.

Biz Bakı sakinlərinin də münasibətini öyrənmişik. Onlardan soruşmuşuq ki, sizcə, İlham Əliyevin ətrafında kimlər olsun?

Keçmiş səfir Arif Məmmədov hesab edir ki, hakimiyyətin Paşayevlərə keçməsi bu qədər də asan olmayacaq. Çünki illərdir ki, hakimiyyətdəki insanlar bir-birlərinə qohumluq əlaqələri və sairlə sıx bağlanıblar.

Prezidentin köməkçisi Əli Həsənov “Yeni Müsavat” qəzetinə iyunun 1-də müsahibəsində deyib ki, bu dəyişikliklər yeni situasiyaya və çağırışlara uyğundur, ölkənin ali icra orqanının fəaliyyətində çevikliyə nail olmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu, səmərəli mexanizmdir və özünü təsdiq edəcək.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button