2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hazırda İslam dünyasını narahat edən aktual məsələ lər BƏƏ- müzakirə ediləcək

Qafqaz Müsəlmanları İdarəsinin  (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəbu gün, fevralın 7-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə gedir. Bu barədə QMİ-nin yaydığı məlumatda deyilir.

Səfər Müsəlman Ağsaqqallar Şurasının (MAŞ) baş katibi Məhəmməd Əbdüssalamın dəvəti ilə həyata keçirilir.

QMİ sədrin paytaxt Əbu-Dabi şəhərində keçiriləcək MAŞ-nın 17-ci iclasında iştirak edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, A. Paşazadə üzv olduğu qurumun iclasındakı çıxışında hazırda İslam dünyasını narahat edən aktual məsələlər, müsəlman dini liderlərin bu problemlərin həlli istiqamətində rolu barədə fikirlərini bölüşəcək.

Tədbirdə  bu il Azərbaycanda keçiriləcək BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransında (COP-29) MAŞ-ın yaxından iştirakı məsələsi də müzakirə ediləcək.

QMİ sədrinin səfər çərçivəsində təşkilatın müxtəlif ölkələri təmsil edən üzvləri ilə görüşləri də planlaşdırılır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button