2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Helsinki Komissiyası Qarabağ münaqişəsilə bağlı dinləmələr keçirəcək

ABŞ Helsinki komissiyası oktyabrın 18-də Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Komissiyanın məlumatında deyilir ki, 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı 200-ə yaxın adam ölüb.

Cəbhənin təmas xəttində daim atəşkəsin pozulması halları baş verir. Tərəflərin hər biri daha miqyaslı münaqişəyə risk edir ki, buna Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Dinləmələrdə Minsk Qrupunun iki keçmiş həmsədri, həmçinin münaqişə üzrə tanınmış müstəqil ekspert iştirak edəcək. Onlar hazırki vəziyyəti, eləcə də davamlı sülhə nail olmaq pespektivlərini dəyərləndirəcəklər.

Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button