2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sağlam Həyat

Heyva bizi nələrdən qoruyur?

Heyva bizi nələrdən qoruyur?

Payızın, qışın ən çox sevilən meyvəsi heyvadır desək, yəqin ki, yanılmarıq. Zəngin vitamin və mineral mənbəyi olan heyva rahatlaşdırıcı və sakitləşdirici bir xüsusiyyətə sahibdir. Heyva tək meyvə kimi yeyilmir, ondan hazırlanan kompot, cem, mürəbbələr ilboyu qəbul olunur. Heyva və onun yarpaqları həm də yeməklərin hazlrlanmasında geniş istifadə olunur.

Artıq çəkidən qurtulmağa kömək edir. Toxluq hissi verir deyə bir pəhriz proqramlarında ona üstünlük verilir. Heyva lifli quruluşu sayəsində toxluq müddətini uzadaraq arıqlamağa kömək edir. Pəhrizdə şirin bir alternativ axtarırsınızsa, heyvanı qaynadıb, buxarda bişirib dadlı desertlər hazırlaya bilərsiniz.

Heyva aşağı glisemik indeksli olan bir meyvədir, buna görə də şəkəri qaldırmır. Şəkərli diabetiniz varsa, heyvanı seçə bilərsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Heyva çox miqdarda vitamin və mineral ehtiva edir. Bir çox xəstəlikdən qoruyucu kimi qəbul olunur. Ən vacib faydası immunitet sistemini gücləndirməsidir.

Heyva içindəki C vitamini və fitokimyəvi maddələr sayəsində immunitet sisteminizin güclənməsinə kömək edir. Heyva gündəlik C vitamini ehtiyacının 1/4 hissəsini ödəməklə orqanizmi patogen, virus və bakteriyalardan qoruyur.

Saçların böyüməsinə kömək edir. Qadınlar dəri və saç baxımı üçün heyvaya daha çox üstünlük verirlər. Dəmir, mis və sink kimi minerallarla zəngin olan heyva, qan dövranının artması ilə saç köklərinə daha çox oksigen gəlməsini təmin etməklə saçların böyüməsinə və güclənməsinə kömək edir.

Dərini cavan saxlayır. Heyva qırmızı qan hüceyrələrinin yaranması üçün zəruri olan dəmir, mis və sink mineralları ilə zəngindir. Heyva yeməklə qırmızı qan hüceyrələrinin istehsalı artır, qanda daşınan oksigen miqdarı artdığı üçün toxumalara daha çox oksigen gedir, bu isə daha sağlam və gənc bir dəri deməkdir.

Xərçəng riskini azaldır. Sərbəst radikallar hüceyrələrin mutasiyasına, ölməsinə və ya nəzarətsiz böyüməsinə səbəb olur və xərçəng riskini artırır. Yüksək antioksidant tərkibli heyva, polifenolların köməyi ilə bədəni sərbəst radikallardan qoruyaraq xərçəng riskini azaldır.

Ürək-damar sağlamlığını qoruyur. Heyvada olan yüksək kalium miqdarı qan təzyiqini normada saxlaya bilir. Heyvadakı həll olunan bir lif olan pektinin yüksək miqdarda olması xolesterolu azaltmağa kömək edir. Heyva tərkibindəki dəmir, sink və mis kimi minerallar sayəsində qan hüceyrələrinin istehsalını və qanın mayeliyini artırır, bu isə qan dövrana müsbət təsir göstərir.

Həzmə kömək edir. Heyva qəbizlik üçün faydalıdır və ishal kimi şikayətlərin qarşısını almaq üçün də istifadə edilə bilər. Köp, qaz problemlərini aradan qaldırmaq və həzmə kömək etmək üçün heyvanı qaynadıb yemək tövsiyə olunur. Tərkibindəki yüksək lif sayəsində nəcisin normal həcminin yaranmasına kömək edir.

Bağırsaq xəstəlikləri riskini azaldır. Liflə zəngin heyva bağırsaq xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Liflərin həzm sisteminə müsbət təsirləri sayəsində bağırsağın  iltihabi xəstəliklərinin inkişaf riski azalır. Bundan əlavə, liflər bağırsaq xərçənginə səbəb olan toksinləri zərərsizləşdirməyə kömək edir.

Anemiya üçün faydalıdır. Heyva içindəki yüksək dəmir miqdarı sayəsində qan hüceyrələrinin istehsalını artırır. Anemiya probleminiz varsa, heyva dəmiri artırmaq üçün yaxşı bir alternativ ola bilər.

Heyva yarpaqlarının dəmləməsi bronxial astmaya çox gözəl müalicəvi təsir göstərir. Heyvanın toxumları soyuqdəymə zamanı baş verən tənəffüs yolları iltihabında, bronxitlərdə sinəyumşaldıcı, iltihab götürücü, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində, mədə xorasında, mədənin selikli qişasını yumşaltmaq, yaranı sağaltmaq üçün qəbul edilir. Heyvanın yarpaqlarından və cavan budaqlarından dəmlənən şay ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi qəbul olunur. Heyva mürəbbəsi isə ürək zəifliyində qüvvəverici kimi tövsiyə edilir.

e-tibb.az

 



24 saat” “Heyva bizi nələrdən qoruyur?” başlıqlı yazını “e-tibb”az saytına istinadən dərc edib

Sağlam Həyat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button